Sosial şəbəkələrdə yayımla

Davranış və Nəticə

Cəmiyyəti qanunlar deyil onun adət ənənələri, inancları və davranışları formalaşdırır. Harold Laki
Davranışlarımızı seçməklə, nəticələri seçmiş oluruq.
Dr. Phillip McGraw

Son zamanlar ölkəmizdə görülən yenidənqurma və abadlıq işləri heç birimizin nəzərindən kənarda qalmır. Tam yenilənmiş parklar, şəhərlərarası və şəhərdaxili yol örtükləri, yeni yaşayış və iş binaları, yeni ictimai nəqliyyat vasitələri, köhnə istehsal tarixli avtomobillərin dövriyyədən çıxarılması, iməclik tədbirləri, ağac əkmə tədbirləri, olimpiya və idman kompleksləri, mədəni irsin qorunması üçün görülən tədbirlər və s. Bu siyahını səhifələrlə uzatmaq olar, ancaq buna ehtiyac duymuram. Bir coxları düşünür ki, bu qədər xərc alternativ olaraq əmək haqqlarının artırılması üçün istifadə olunsa daha doğru olar. Kənardan baxdıqda yaranan ilk təəssürat bu ola bilər, əslində isə məsələ daha da mürəkkəbdir və verilən qərar doğru qərardır. Əmək haqqı artdıqca istehlak artır, istehlak artdıqca isə ətraf mühitə atılan tullantılar. Mövzunun sonuna qədər səbirli olun...

Sxematik olsada ləzzətlə yeyilən və daha sonra yerə atılan kiçik tum qabıqları və yaxud tum paketinin ətraf aləmə göstərdiyi neqativ kompleks təsirlər haqqında məlumatımız oldu. Əslində eyni uğurla bu sxemi yerə atdığımız hər bir məhsul və ya istehsalçı şirkət üçün də tətbiq edə bilərik. Nəticə etibarilə isə ətrafa attığımız hər bir şeyin daha geniş sosial və ictimai nəticələri vardır. Və bu proses dövri şəkildə davam edir. Yəni ki, davranışlarımız özümüzdə və ətrafımızda bənzər və yeni davranışlar formalaşdırır. Pozetiv davranış pozetivi, neqativ isə neqativi yetişdirir.

Mövzunun marketinq perspektivindən düzgün dəyərləndirilməsi və ticari faydaya çevrilməsi isə qalır İSTEHSALÇI şirkətlərin və dolayısı ilə marketerlərimizin boynuna. Gəlin unutmayaq ki, bu bizim korporativ sosial məsuliyyətimizdir. Təklif olaraq isə ən azından aşağıdakıları məsləhət görə bilərəm:

1. Tum paketlərinin ön üzündə (arxa tərəfdəki ətrafı zibilləməyin nişanı nəzərdə tutulmur) mövzunu qabarıq şəkildə kommunikasiya etmək.
2. Paket üzərindəki kommunikasiyanı ATL və BTL səviyyəsində davam etdirmək.
3. Tum qabıqlarının və/və ya paketinin istifadəsi üçün alternativlər üzərində düşünmək və onların yerə atilmadan, paketlənərək geri yığılmasını təmin etmək.
4. Sosial marketinq planının hazırlanması və dövlətlə ortaq layihənin həyata keçirilməsi.

Hal-hazırda isə İSTEHLAKÇI olaraq hər birimizin özümüzə verəcəyimiz bir söz olmalıdır...

MƏN ƏTRAFIMI ZİBİLLƏMƏYƏCƏM ! və bunu hər kəsdən və onların da tanıdıqlarından tələb etməsini tələb edəcəm.

Əgər nəzərə alsaq ki, marketerlər öz çevrələrində fikir liderləri (opinion leader) olaraq qəbul olunurlar və Azərbaycan Marketinq İcmamızın 1,300 dən cox üzvü və hər bir üzvün ətrafında tanıdığı 1-ci səviyyədə ən azı 20 nəfər və onların da hər birinin ətrafında 2-ci səviyyədə daha 20 nəfər var bu 1300x20x20 = 520,000 təəssürat (impression) deməkdir. Ətraf mühitimizi qorumaq üçün nə qədər güclü olduğumuzu anlaya bilərik artıq.
“Davranışlara diqqət, ətraf mühitə hörmət” hərəkatını biz başladaq dostlar! Unutmayaq ki, özümüz və övladlarımız üçün gələcəyi bu gün qurmalıyıq! Sən də özünə söz ver və bu sözü hər bir davranışında əks etdir və nəticələri dəyiş!
JHun@MAK.az
 

Baxılıb: 3640