Sosial şəbəkələrdə yayımla

“DMİ Azerbaijan”ın açılış mərasimi baş tutdu

Azərbaycanda ilk digital marketinq sahəsi üzrə ixtisaslaşmış tədris müəssisəsi olan “Digital Marketing İnstitute Azerbaijan” (DMİ Azerbaijan) 22.01.15 tarixində “PARK INN” mehmanxanasında keçirilən açılış mərasimi ilə fəaliyyətə başladığını ictimaiyyətə bildirmişdir. Tədbirdə “DMİ Azerbaijan” ilə bərabər Marketinq sferasının peşəkar təmsilçiləri, o cümlədən bank, telekom, xidmət sahəsi və müxtəlif agentlik nümayəndələri iştirak etmiş, interaktiv fikir mübadiləsi aparılmışdır. 
Açılış mərasim əsnasında, “DMİ Azerbaijan” həmtəsisçisilərindən olan Məmməd Kərimov bu fəaliyyət sahəsinin inkişaf etdirlməsi zərurətini vurğulamış və eyni zamanda marketinq ekosistemində digital marketinqin müstəsna əhəmiyyətli olduğunu bildirmişdir. İrlandiyanın “Digital Marketing İnstitute” təhsil ocağının Azərbaycan üzrə rəsmi təhsil tərəfdaşı olan “DMİ Azerbaijan”ın gələcək perspektivləri və üfüqlü yolu barəsində məlumat verən həmtəsisçi Tural Nəbizadə isə tədris ediləcək “Professional Diploma in Digital Marketing” kursu barəsində danışmış və onun xüsusiyyət və faydaları ilə bölüşmüşdür. 
 
 
 
Digital Marketinqin ümumi vəziyyəti müstəvisində keçən rəsmi açılış tədbiri daha sonra Ceyhun İmanov, Aflatun Huseynov, Nadir Ələsgərov, Səriyyəxanım İsayeva və Kosta Petrovun təqdimatları ilə davam etmişdir. Sonda püşkatma nəticəsində auditoriyanın nümayəndəsi, “Nar Mobile” şirkətinin əməkdaşı Hüseyn Hüseynov “DMİ Azerbaijan”ın təqdim etdiyi “Professional Diploma in Digital Marketing” kursunun pulsuz sertifikatlaşdırılması imkanını əldə etmişdir. 
 
 
 
 
 
 
 
“DMİ Azerbaijan”ın təqdim etdiyi “Professional Diploma in Digital Marketing” tədris kursu 13 Fevral 2015 tarixindən etibarən başlayacaqdır. 10 həftə ərzində, öz sahibkarlıq və texnologiya ünsürləri ilə fərqlənən, "Yüksək Texnologiyalar Parkında" davam edəcək kursun sonunda iştirakçılar onlayn sertifikasiyadan keçərək Avropanın nüfuzlu “Digital Marketing İnstitute” sertifikatını əldə edəcəklər. Bu sertifikat Avropanın Kvalifikasiya və Akkreditasiya Sisteminin 5-ci pilləsinə uyğundur. Kurs barəsində ətraflı məlumat www.dmi.az internet səhifəsi vasitəsilə əldə edilə bilər. 
 
 
 
 
 
 

Baxılıb: 2747

Şərhlər(1)

Şərhlər (1)

Mak Mak
bütün marketinq icmasına xeyirli olsun