Sosial şəbəkələrdə yayımla

Doğru marketinq – Gözəl marketinq...

Doktoranturanın hələ başlanğıc dərslərindən birində Prof. Zafer Kesebir bizə “doğru marketinq” və “gözəl marketinq” haqda soruşmuşdu. Biraz düşündükdən sonra “doğru marketinq – nəticə  verən marketinqdir, gözəl marketinq – gözə xoş  gələn marketinqdir” cavabını vermək heç də  çətin olmamışdı. “Praktika ilə tətbiqin düşmənçiliyi” söhbətlərinin fonunda bu müzakirəni unutmuşdum elə bil ki, bir müddət. Dekabrda (2008) Azza kafedə baş tutan məclisdə “marketinqin inkişafı” idealistliyi, hətta qeyri-realistliyini qəbul edə bilmədiyimi deyəndə təəccüblənənlər oldu. Bunun əvəzinə Azərbaycana “gözə xoş gələn marketinq” arzulamışdım. İndi deyəsən mənzərə tamamlanır.

Satış varsa, biriləri bu yol ilə  pul qazanırsa deməli ən doğru marketinqi o da edir. Deməli marketinqin inkişafı haqda yox, marketinqin gözəlləşməsi haqda danışmaq lazımdır. Elə keçən il deməyə çalışdığım da bu idi.

Doğru marketinqin Azərbaycanda nədən ibarət olduğu çox maraqlı mövzudur... Və bu sualı  verəcəyimiz hər 2-inci milli marketer milli marketinqin doğrusunun əyri olduğundan bəhs edər. Təbii ki, xoş bir hal deyil. Bu haqda sonra danışarıq deyəcəm, amma bu da biraz təhlükəli iddia olar...

Bəs gözəl marketinq? Bizdə bu heç mi işə yaramır? Nə vaxt gözəl marketinqin doğru, doğru marketinqin gözəl olduğu günləri görəcəyik? Nə  vaxt ən doğru marketinqçi satışla ən yaxşı didişən, dövlətə  ən yaxşı “kəf gələn”, müştərinin ən yaxşı aldadan marketinqçi olacaq?

Cavab dəqiq olmamaqla bərabər, bunun üçün nə lazım olduğu təxminən bilinir – rəqabət və istehsalat VƏ İSTEHLAKÇILARIN BİLİNCLƏNMƏSİ! Rəqabətin və istehsalatın marketinqin can damarları olduğu bəllidir. Rəqabət və istehsalat olmazsa marketinq reklam və satışdan ibarət qalır. O zaman gözəl marketinq heç kimin qeydinə  qaldığı bir şey olmur və dolayısıyla ortaya çox dadsız-duzsuz işlər çıxır. Üstəlik də, bu mühitdə heç kim maraqsız marketinq fəaliyəti yürüdən amma maliyə vəziyəti qaydasında olan şirkətin marketinq departamentini qınamaq haqqına sahib olmur. Əvəzində belə şirkətdə marketinqi idarə etmək sadəcə titrdən ibarət olacağı üçün o vəzifədə qalmaq özü fəxr ediləsi bir şey deyil. Çünkü bu kimi şirkətlərin marketinqi də, PRı da, menecmenti də sahibi olan “O şəxs”dir.

İstehlakçıların bilincli olması məsələsi haqda isə bundan sonrakı yazıda...

 

Baxılıb: 4745

Şərhlər(1)

Şərhlər (1)

Novruzlu M Novruzlu M
Beli dediyiniz kimi marketinqi duzgun ve saglam reqabete geden yola yonetmek lazimdir mence.