Sosial şəbəkələrdə yayımla

DreamArt Azerdemiryolbank üçün yeni internet səhifəsi dizayn edib

Azərbaycanın «Azerdemiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) www.azerdemiryolbank.com ünvanında aktivləşən yeni dizaynlı internet saytı sentyabr ayından istifadəçilərin ixtiyarına verilib.
Bankın Bakıdakı baş ofisindən verilən məlumata görə, saytın yeni interfeysi özünün cəlbediciliyi, istifadədə rahatlığı və çox funksiyalığı ilə əvvəlki variantdan keyfiyətcə fərqlənir.
İnteraktiv resurs üç dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərir. Burada bankın tarixi və bu günü, onun strukturu və səhmdarları, fiziki və hüquqi şəxslərə təklif etdiyi xidmətlər, ipoteka kreditləşməsi, plastik kartlar, filiallarının yerləşməsi haqqında ətraflı məlumat əldə etmək olar.
Əlavə olaraq, saytın istifadəçiləri bankın xəbərləri və onun maliyyə hesabatları ilə tanış ola bilər, bankın fəaliyyəti və xidmətləri haqqında istənilən sualı verə bilərlər.

/APA-ECONOMICS/

Baxılıb: 5211

Şərhlər