Sosial şəbəkələrdə yayımla

Dünyanın ən bahalı brendlərinin siyahısı açıqlanıb

Amerikanın “Omnicom” holdinqinin tərkibinə daxil olan “Interbrand” konsaltinq agentliyi dünyanın ən bahalı brendlərinin illik reytinqini dərc edib. Artıq üçüncü ildir ki, siyahıya “Apple” şirkəti başçılıq edir. Ötən reytinq ilə müqayisədə “Apple” brendinin dəyəri 43% artıb. İkinci yerdə digər bir texnologiya nəhəngi “Google” şirkəti yer alıb. Şirkətin dəyəri 12% artıb. İlk üçlüyü “Coca-Cola” şirkəti qapayır. Lakin ötən il ilə müqayisədə şirkətin dəyəri 4% aşağı düşüb. 
Brend dəyərinin artırılması prosesində ən böyük sıçrayışa “Facebook” sosial şəbəkəsi imza atıb. Şirkətin dəyəri ötən il ilə müqayisədə 54% artıb. 
Ən böyük geriləməni isə “Gucci” brendi yaşayıb. Ötən il ilə müqayisədə brendin dəyəri 14% aşağı düşüb. 
“Nintendo”, “Gap”, “Nokia”“Pizza Hut” kimi brendlər isə ümumiyyətlə Top-100 siyahıya daxil ola bilməyib. 
 
 

Baxılıb: 4754

Şərhlər