Sosial şəbəkələrdə yayımla

Efirə yeni TV kanal gəlir

Tezliyi tutmaq üçün MTRŞ-yə “Xəzər” TV, “Antenn” TV (“Antenn” FM radiosunun təsisçiləri) və ETV (“Elm” TV) müraciət edib. Daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına və bu gün üçün aktual olan yayım konsepsiyasına malik olması nəzərə alınaraq, “Xəzər” TV MMC müsabiqənin qalibi elan olunub. MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, “Xəzər” TV-nin təsisçisi “Azadinform”un keçmiş baş redaktoru Asəf Hacıyevdir. “Xəzər” TV-yə 6 il müddətinə lisenziya verilib. STV oktyabrın 1-nə - “Xəzər” TV fəaliyyətə başlayana kimi Azərbaycan milli tezliyində yayımını davam etdirəcək. /apa

Baxılıb: 5559

Şərhlər