Sosial şəbəkələrdə yayımla

“Emirates Airlines” yeni reklam simasını təqdim edib

Hollivud kino ulduzu Cenifer Eniston, “Emirates Airlines” hava yolu şirkətinin reklam siması seçilib. Bu barədə “The Daily Mail” xəbər verir. 
Müqavilənin şərtinə görə aktrisa, hava yolu şirkətindən 5 mln. dollar əldə edəcək. Verilən xəbərdə qeyd olunur ki, ulduz aktrisanın iştirakı ilə artıq reklam çarxları çəkilib  və çox yaxında bütün dünya üzrə televiziya kanallarında nümayiş olunmağa başlayacaq. 
Qeyd edək ki, bir neçə ay öncə “Emirates Airlines” şirkətinin əsas rəqibi “Etihad”, digər Hollivud ulduzu Nikol Kidman ilə müqavilə imzalamışdı. 
 
 

Baxılıb: 4744

Şərhlər