Sosial şəbəkələrdə yayımla

"Excellence in HR” adlı 3-cü illik mükafatlandırma üzrə müraciət ərizələri açıq elan olundu!

Dünyanın 30-dan çox ölkəsində Beynəlxalq biznes tədbirlərinin layqli təşkilatçısı olan “The P World” şirkəti Azərbaycanda "Excellence in HR” adlı üçüncü illik mükafatlandırma üzrə müraciət ərizələrini açıq elan edir! 
Mükafat Kiçik, Orta və İri ölçülü şirkətlərə aşağıda göstərilmiş kateqoriyalar üzrə təltif olunacaq: 
- İlin İR Meneceri
(komanda meneceri və ya üzvü ola bilər)  
- İlin İR Komandası 
- İR sahəsində debütant (Namizədlik başqası tərəfindən təqdim olunmalıdır - komanda meneceri və ya üzvü ola bilər)
 
Şirkətlər müvafiq kateqoriyaya müraciət ərizəsində qeyd edəcəkləri işçi sayına əsasən təyin ediləcəklər. 
Yalnız tam şəkildə doldurulmuş müraciət ərizələri mükafatlandırmaya uyğun hesab olunacaqlar. 
Müraciət ərizələrinin doldurulması və təqdim olunması üçün SON TARİX 9 Noyabrdır. 
 
Müsabiqənin münsiflər heyəti İR sahəsində beynəlxalq mütəxəssislərdən ibarət olacaqdır: 
Ron Tomas - “Great Place to Work Gulf”  şirkətinin sabiq Baş İcraçı Direktoru
Albert Hakkers – “Diageo (Europe)” şirkətinin İR direktoru
Yoleyn fon Barzi – “Bristol-Myers Squibb (France)” şirkətinin İnsan Qaynaqları üzrə sabiq Vitse Prezidenti 
Teddy Frank – sabiq Vitse Prezident, “Philips” şirkətinin Mədəniyyət və Dəyişikliklərin İdarə olunması üzrə Beynəlxalq Rəhbəri
Denis Frank – “Deloitte North America Learning Lead for Human Capitol” şirkətinin Transformasional Təlimçisi (sabiq)
 
Hər kateqoriya üzrə ilkin seçim mərhələsini keçmiş namizədlərlə 12 Noyabra kimi elektron poçt vasitəsi ilə əlaqə saxlanılacaqdır.
 
Qaliblər, 17 Noyabr, 2015-ci il tarixində baş tutacaq mərasim çərçivəsində, “Baku HR Experience 3” tədbirinin yekununda elan olunacaq. 
 
Mükafatlandırmaya dəstək verən sponsor və tərəfdaş şirkətlər heç bir kateqorya üzrə müsabiqədə iştirak edə bilməz. 
 
Hazırki müraciət formunda qeyd olunacaq bütün məlumatların məxfiliyi ciddi şəkildə qorunacaqdır. 
Müraciət prosesi ilə əlaqədar sualları info@thepworld.com ünvanına göndərə bilərsiniz. 
 
Müraciət üçün link: http://www.thepworld.com/hr_awards
 
Sizə uğurlar arzu edir və Sizləri tezliklə Mükafatlandırma mərasimində görməyə ümid edirik! 

Baxılıb: 3744

Şərhlər