Sosial şəbəkələrdə yayımla

Feyziyab olmaq və ya olmamaq...

Bir reklama məqalə həsr etməyi sevmirəm, heç vaxt da etmirəm. Amma elə reklamlar var ki, çoxdandı yığışıb qalan müşahidələrini axırı ki, yazıya tökməyə vadar edir. Bugün marketinq icmamız Nərgiz Cəlilova, Ədalət Şükürov və İlkin Həsəninin rol aldığı maraqlı bir reklama qonaq edildi. Kərə yağında bişmiş təbii və ləzzətli “Westgold” reklamı. PeopleBrand agentliyinə buradan atəşin salamlar və “halal olsun”lar!
 
Azərbaycanda qida şirkətləri onların məhsullarından feyziyab olan adamları reklamda çəkməyə çox cəhd edib. Tənqidə dözümsüz marketerlərimizi ad verərək qıcıqlandırmayacam. Onsuz da bilən bilir. Amma heyf ki, bu cəhdlər çox nadir hallarda təbii alınır. Hətta deyim ki, “Westgold”un “Yemək də ruhun qidasıdır” seriyasından ilk reklamında bu baxımından azacıq axsama var idi. Amma ikinci reklamda lap on ikidən vurdular. İndiyə kimi ancaq müsbət rəylər gördüm və eşitdim. Çox təbii, pozitiv və gülməli. 
 
 
Əsas məsələ isə, feyziyab olmağı çatdırmadakı məharət, təbiilik və uyğunluq oldu. Təsvir olunan səhnə heç də qeyri-adi deyil. Baş verə də bilər. Üstəlik reklamın mövzusu olan məhsulun üstünlükləriylə çox gözəl uyğunlaşır. Yoxsa “QozFındıqTrest” (ad tanış gəlir? :) çıxıb reklamda bizim Novruz Bayramımızı təbrik etdi nə fərqi, etmədi nə fərqi? 
 
Bəs feyziyabiyyət (belə söz var?) niyə belə önəmlidir? 
 
Biz hər addımımızda zövq almaq, feyziyab olmağa çalışırıq. Hətta Kleyton Kabittin (Clayton Cubitt) az populyar olmayan layihəsində məsələyə sənət nöqtəyi nəzərdən yanaşılmışdı. İnsanın kitab oxumaqdan orqazm səviyyəsində zövq ala bilməsi.. Sirr deyil ki, orqazm insanoğlunun bu dünyada ala biləcəyi zövlərdən ən yüksəyidir. Bu baxımdan məhsullardan alınan zövqü göstərərkən biraz da şişirtmə və təşbeh istifadə olunur. Heyf ki, filmi xatırlaya bilmədim Keanu Reeves rollarının birində sosis üçün reklam storyboard-larını təqdim edir. Sosisi yeməkdən əldə olunan zövq yenə orqazmla eyniləşdirilir. 
Ona görə də, reklamdakı aktyor məhsuldan feyziyab olduğunu təbii şəkildə göstərə bilirsə həmin reklamın uğurlu olmaq ehtimalı güclənir. Heyf ki, super avadanlıqlarla edilən çəkilişlərdəki həvəskar və yarım-həvəskar aktyorlar, süni zövqalma səhnələri ilə buna mane olur. Büdcələr sovrulur, günahkar “ölkədəki zəif marketinq” olur. 
 
P.S. Nərgiz Cəlilova aparıcılığı və şarmı təsdiqlənmiş bir xanımdır. Amma bu son səhnədəki kimi baxdığını heç görməmişdim. O da reklamın sehrinə qapılıb :)
 

Baxılıb: 26887

Şərhlər