Sosial şəbəkələrdə yayımla

Fiat 500 Avropada “2008-ci ilin avtomobili” elan olundu

Avropada keçirilən “2008-ci ilin avtomobili” müsabiqəsinin münsiflər heyəti öz üzvləri arasındakı səsverməni rəsmən elan edib. Səsvermənin yekunlarına əsasən yeni kompakt şəhər avtomobili Fiat 500 qalib elan edilib. Münsiflər heyətinin 34-dən 58-dək üzvü bu avtomobilə ən yüksək qiymətlər verib və Fiat 500 yekunda 385 bal qazanıb. Müsabiqədə 2-ci yerə Mazda2 avtomobili layiq görülüb. O, 325 bal qazanıb. Üçüncü yerə isə 202 balla yeni Ford Mondeo layiq görülüb. Bundan başqa, finala çıxmış onluğun arasında Kia Cee'd, Nissan Qashqai, Mercedes C-Class və Peugeot 308 avtomobilləri də olub. Onlar müvafiq olaraq 166, 147, 128 və 97 bal toplayıblar.
Xatırladaq ki, ötən il Ford S-Max avtomobili “2007-ci ilin avtomobili” müsabiqəsinin qalibi olmuşdu. “2006-cı ilin avtomobili” tituluna isə Renault Clio hetçbeki layiq görülmüşü. / Milli Avtomobil Portalı

Baxılıb: 3768

Şərhlər