Sosial şəbəkələrdə yayımla

“Fly Emirates”in stüardessaları oyundan öncə azarkeşlərə təlim keçib

Futbol üzrə Portuqaliya çempionatında, "Benfika" ilə "Sportinq" klublarının oyunundan öncə, "Benfika" klubunun sponsoru “Fly Emirates”in stüardessaları izləyiclərə qeyri-adi şou nümayiş etdiriblər. 
Əvvəlcə stüardessa rolunda çıxış edən qızlar, oyun zamanı necə davranmaq barədə izləyicilərə aviareys qanunlarına uyğun olaraq təlim keçiblər. Daha sonra isə stüardessalar, "Benfika" qol vurduğu zaman necə sevinmək lazım olduğunu azarkeşlərə göstəriblər. 
Qeyd edək ki, oyun "Sportinq" klubunun 3-0 hesablı qalibiyyəti ilə başa çatıb. 
 

Baxılıb: 3528

Şərhlər