Sosial şəbəkələrdə yayımla

Əfsanənin yeni siması - Yeni Subaru Impreza, artıq Azərbaycanda!

11 Sentyabr 2007-ci il tarixində Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Avtosalonda yeni Subaru İmpreza avtomobili nümayiş olundu. Sərgidə konsept-kar kimi təqdim edilmiş tam yeni Subaru İmpreza-nın STİ modeli sərgi izləyicilərinin diqqətini xüsusi cəlb etdi. Avtomobilin aqressiv görünüşü, idman çalarları, əfsanəvi Subaru İmpreza STİ - ın daimi rəngi hesab olunan mavi, kapotunun üzərindəki turbo nəfəslik üçün dəliklər dünya şöhrətli WRC yarışlarında Subaru komandasının sarı ulduzlu bayrağı ilə xüsusi harmoniya təşkil edirdi. Bu harmoniya eyni zamanda əfsanənin yeni siması sayılan yeni nəsil İmpreza avtomobilinin Ralli yarışlarında öz komandasına daha da yeni nailiyyətlər gətirəcəyindən xəbər verirdi.
Subaru Ralli komandasının üzvü, dünyada WRC çempionlarından biri kimi tanınan, ralli həvəskarlarının sevimli qəhrəmanı və sadəcə olaraq Subaru pərəstişkarı hesab olunan Peter Solberq yeni modeli sınaqdan keçirdikdən sonra həqiqətən də bu avtomobilin Subaru model cərgəsinə layiqli bir davamçı olduğu haqqında jurnalistlərlə söhbətində bildirdi.
Avtomobilin texniki göstəriciləri ilə tanış olduqda Subaru mühəndislərinin daha bir dəsti xətti sayılan “maksimal dərəcədə ekoloji təmiz mühərrik yaratmaq” prinsipinin şahidi oluruq. Bu prinsip yeni modelin çoxlarının seçiminə tuş gələcəyinə əminlik yaradır.
Frankfurtda təqdimatı keçirilən tam yeni Subaru İmpreza modeli artıq Azərbycandadır.
1.5 və 2.0 litr mühərrikli İmpreza indi daha geniş salona malikdir. Əfsanəvi ralli avtomobili sayılan İmpreza-nın əvvəlki nəsli sürücü və ön sərnişin üçün nisbətən daha geniş idisə, yeni Subaru İmpreza modelində artıq arxa sərnişinlər də özlərini rahat hiss edəcəklər. Tam yeni Subaru İmpreza modeli hələ bir neçə ay bundan öncə öz vətəni -Yaponiyada ilkin satışına görə avtomobil bazarında “bestseller” sayılan ən məşhur istehsalçı markalarını geridə qoymuş və Yaponiyanın yeni modelləri arasında ən çox satılan avtomobillərdən biri kimi avtomobil həvəskarlarının diqqətini cəlb etmişdir.
Subaruya məxsus dinamiklik və idarələnmə bacarığı təkmilləşdirilərək avtomobilin həm gücü, həm dizaynı, həm də rahatlığı yüksək həddə çatdırılmışdır. Sürücüləri narahat edən amillərdən biri sayılan yanacaq sərfiyyatı isə minimuma endirilmişdir. Belə ki, qarışıq rejimdə Subaru İmpreza avtomobili mühərrikinin həcminə uyğun olaraq 7.5 və 8.2 litr benzin sərf edir.
Tam yeni Subaru İmpreza modelini Subaru Avtomobil Mərkəzində illik 19% dən başlayaraq 5 illik kreditlə əldə etmək mümkündür.
Xatırladaq ki, Subaru Avtomobil Mərkəzi avtomobillərin əldə edilməsi üçün tam xidmətlər kompleksini təklif edir: anbardan alış, istənilən komplektasiya və rəng seçimi, avtomobillərin sınaqdan keçirmək imkanı, müxtəlif kredit və lizinq şərtləri ilə satış, avtomobilin sığortalanması və s. Subaru avtomobil mərkəzində alınan bütün avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
Ətraflı məlumat üçün 430 00 33 telefon nömrəsinə, www.subaru.az internet səhifəsinə və ya A.Salamzadə küç., 26 ünvanına müraciət edə bilərsiniz.

//avtomobil.az

Baxılıb: 5191

Şərhlər