Sosial şəbəkələrdə yayımla

Fujitsu Siemens Computers şirkətinin sahibi dəyişdi

Fujitsu Technology Solutions Fujitsu-nun yeniləşdirilməsində mühüm rol oynayacaq.

Fujitsunun yeniləşməsi: "Qlobal düşünüb, lokal irəliləmək"

Fujitsu Siemens Computers şirkəti Fujitsu Technology Solutions (Holding) B.V.  adlandırılıb və Fujitsu Limited korporasiyasının 100% mülkiyyətinə keçmişdir. Yeni şirkət Fujitsu Services ilə birlikdə ümumi rəhbərliyi və ümumi brendi olan Fujitsu adı altında çalışır. Iki şirkət , Avropa-Yaxın Şərq-Afrika (EMEA) reqionunda öz korporativ müştərilərinə məhsullarını, həllərini və servislərini təklif edərək kompleks portfoliosunu genişləndirirlər.

Fujitsu Technology Solutions öz güclü tərəfləri ilə EMEA-ya tam inteqrasiyası, Fujitsu-nun həqiqətən qlobal şirkətə çevrilməsində katalizator rolunu yerinə yetirəcək.
Bu məqsəd ilə Fujitsu yeni avropa forpostundan öz avropadakı aktivliyinə xeyli investisiyalar qoyaraq dünya biznesinə yolunu genişləndirir.

"Fujitsu Technology Solutions özü ilə daşıdığı tədqiqatçılıq potensialı və qlobalaşma perspektivi Fujitsu-nun biznesin prinsiplərinin yeniləşdirilməsinə kömək edəcək," – Fujitsu Limited-in prezidenti Kuniaki Nozoye (Kuniaki Nozoe) bildirmişdir. Yeni məhsulların təchizatına başlayaraq, biz "qlobal düşünmə"yi və eyni zamanda "lokal irəliləmə"yı bacararıq, bu da bizim sifarişçilərimizin tələbatına cavab verir. Fujitsu Technology Solutions-un inteqrasiyası Fujitsu Group-a kompleks məhsulların və həllərin dünya üzrə təklif etməyinə imkan verəcək.

Satış partyorları və sifarişçilərinə gəldikdə,  Fujitsu Technology Solutions-un inteqrasiyası həmdə  kapitalın faydalı qoyuluşu olacaq. Fujitsu EMEA reqionunda Fujitsu Technology Solutions-un geniş müştəri bazasına daxil ola bilər və belə halda inkişaf edən bazarlarda öz iştirakının genişləndirməsi üçün növbəti mərhələyə keçecək. Bundan başqa, qlobal qrup  satış kanalında olan partyor bazasını da bura daxil edə bilər, harada 1,7 min birbaşa və 43 min ikinci dərəcəli Resellerlərlər  mövcuddur, həmdə Fujitsu Technology Solutions-un satışın təşkili sahəsində olan zəngin praktiki təcrübəsini və onun bütün dünyaya yayılmasında istifadə edə bilər.

Fujitsu Technology Solutions – regionda infrastruktur həllərin aparıcı təchizatçısıdır, adı çəkilən regionlara Avropa, Yaxın Şərq, Afrika və Hindistan daxildir.  Şirkətin müxtəlif sifarişçilərin tələblərini təmin etmək imkanı var: böyük korporasiyaların, kiçik və orta biznes şirkətlərin, və həmçinin fərdi istifadəçilərin.  Fujitsu Technology Solutions-un fəaliyyətininin strateji istiqaməti dinamik infrastrukturun işləyib hazırlanmasıdır, şirkət İT –məhsulların, serverlərin və həllərin geniş spektorunu təklif edir – müştəri işçi yerlərindən İT- MEM idarə etməsi üçün həllər və xidmətlərə qədər. Şirkətdə 10 000  artıq işçi çalışır.  Fujitsu Technology Solutions Fujitsu Group qlobal şirkətinin bir hissəsidir. Fujitsu Group İT həllərini dünyanın 70-dən  artıq ölkəsinə təchiz edir, və 160 mindən artıq əməkdaşı özündə birləşdirir. Fujitsu-nun qərargahı Tokioda yerləşir. 31 mart 2009 ildə yekunlaşan 2008-ci ilin maliyyə dövründə şirkətin yekun dövriyyəsi 5,3 trillion yen (53 milliard dollar) təşkil etmişdi.

�?lavə məlumat üçün: ru.ts.fujitsu.com/aboutus


Azərbaycanda Fujitsu məhsulları haqqında ətraflı məlumatı www.notebook.az saytından və ya Qaynar Xəttə -198 telefon nömrəsinə zəng etməklə almaq mümkündür.

Baxılıb: 5063

Şərhlər