Sosial şəbəkələrdə yayımla

“Gələcək - Sənsən” karyera proqramı

Əgər istedadınızdan və bacarıqlarınızdan maksimum dərəcədə istifadə edə biləcəyiniz bir vəzifə axtarışındasınızsa, onda bu məhs Sizin üçündür.

5 Oktyabr 2007-ci il tarixinədək xüsusi ərizə formasını doldurub “Azercell” şirkətinə göndərən hər bir gənc gələcəkdə onun üçün hansı imkanlar olduğunu kəşf edəcək.

Belə ki, Azercell şirkətində bir gün keçirməklə və şirkətdə karyeranızı hansı sahələrdə qura biləcəyinizi aydınlaşdırın.

Tədbirdə iştirak edərək Siz “Azercell” və buradakı həyat haqqında ətraflı məlumat alacaqsınız. “Azercell” şirkətinin peşəkar işçiləri ilə görüşəcək və həmin sahədə işləməyin nə demək olduğunu öyrənəcəksiniz.

Gələcəyiniz barədə düşünərək hansı sahədə karyeranızı qurmaq haqqında planlar qurursunuzsa “Gələcək - Sənsən” tədbirini qaçırmayın. Bu, Sizin istedadınız və bacarıqlarınızın əsas sayıldığı yeni karyera mərhələsinə keçid ola bilər.

“Gələcək – Sənsən” tədbirinə ərizə formaları müsabiqə əsasında seçilir. Yalnız məhdud sayda namizədlər seçilərək tədbirə və sonrakı müsahibəyə dəvət olunacaqlar.

“Gələcək - Sənsən” tədbirində kimlər iştirak edə bilər?

“Gələcək - Sənsən” tədbiri IV kurs tələbələri, bakalavr, magist və aspirantlar üçün təşkil olunur. Lakin aşağıda adları verilən fakultələrin tələbə və məzunlarına seçim zamanı üstünlük veriləcək.

Bakı Dövlət Universiteti

  • Tətbiqi riyaziyyat
  • Mexanika və riyaziyyat
  • İnformatika
  • Fiziki elektronika
  • İqtisadi kibernetika

Azərbaycan Dövlət Neft Akademiyası

  • Elektronika və elektromexanika
  • Avtomatika və idarəetmə
  • İnformatika və hesablama texnikası
  • Tətbiqi riyaziyyat
  • Kompüter riyaziyyatı

Azərbaycan Texniki Universiteti

  • Telekommunikasiya
  • İnformatika və hesablama texnikası
  • Elektronika
  • Radiotexnika
  • Optik kommunikasiya/rabitə

Azərbaycan Dövlət İqtisad Universiteti

  • Maliyyə və kredit
  • Beynəlxalq iqtisadi münasibətlər
  • İqtisadiyyatın tənzimlənməsi
  • İnformatika və idarəetmə
  • Biznes İnzibatçılığı
  • MBA

Azərbaycan Dillər Universiteti

  • İngilis dili filologiyası
  • İngilis dili tərcüməsi
  • Avropaşünastlıq və beynəlxalq münasibətlər

Slavyan Dillər Universiteti

  • Filologiya (Rus dili və ədəbiyyat)
  • Tərcümə (İngilis və Polyak dili)
  • Tərcümə (İngilis və Rus dili)
  • Regionşünaslıq
  • Beynəlxalq münasibətlər

Qərb Universiteti

  • Beynəlxalq İqtisadi Münasibətlər
  • Marketinq
  • Regionşünastlıq və beynəlxalq münasibətlər
  • Komputer sistemləri və şəbəkəsi
  • Filologiya (İngilis dili)
  • Tərcümə (İngilis dili)
  • Biznes İnzibatçılığı
  • MBA

Qafgaz Universiteti

  • Komputer mühəndisliyi
  • Komputer system və şəbəkələri
  • Beynəlxalq İqtisadi Əlaqələr
  • Biznes İnzibatçılığı
  • MBA

Xəzər Universiteti

  • Mühəndislik və tətbiqi elmlər
  • İqtisadiyyat və menecment
  • Humanitar və Sosial elmlər
  • Hüquq

Baxılıb: 6166

Şərhlər