Sosial şəbəkələrdə yayımla

Gənclər üçün marketinq təlimləri təşkil olunur!

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 26-27 sentyabr tarixlərində Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində Gənclər üçün marketinq təlimi təşkil olunacaqdır. 
Təliminin keçirilməsində əsas məqsəd biznes sahibi gənclərin, eləcə də, marketinq sahəsində fəaliyyət göstərmək istəyən istedadlı gənclərin bu istiqamətdə məlumatını artırmaq, praktik yönlərini gücləndirmək, gələcək fəaliyyətlərində üzləşəcəkləri marketinq sahəsində suallara bugündən cavab tapmaqlarına imkan yaratmaqdır. 
Keçiriləcək təlimdə teorik məlumatlarla iştirakçılar tanış ediləcəkdir və real caselər üzərində öyrənilənləri tətbiq etmə imkanı yaradılacaqdır. Təlimlər gənc və istedadlı kadrlar arasında müzakirə mühitinin yaradılmasına da xidmət edəcəkdir.
 
 
Mövzular: 
Marketinq konseptləri  və Strategiyalar
Marketing Mix və Communication Mix
Brand formalaşdırılması
Ehtiyac-İstək-Tələb üçbucağı, 4P və 4C anlayışları
müştərinin cəlb olunması və mövcud müştəri bazasını qorumaq
müştəri məmnuniyyətinin təmin olunması və müştərilərin loyallaşdırılması 
Məkan: Nizami küç., 203B, AF Business House, 3-cü mərtəbə. Bakı, Azərbaycan

Baxılıb: 3144

Şərhlər