Sosial şəbəkələrdə yayımla

Görəsən Azərbaycanda əhali əsasən hansı növ filmlərdən xoşlanır, milli yoxsa, xarici?

Görəsən Azərbaycanda əhali əsasən hansı növ filmlərdən xoşlanır, milli yoxsa, xarici?

Bu suala cavab tapmaq üçün biz ERA Marketinq Mərkəzinin Azərbaycanın 3 böyük şəhəri olan Bakı, Sumqayıt və Gəncədə keçirdiyi sorğunun nəticələrinə nəzər yetirdik. Sorğunun nəticələrinə əsasən, hər üç şəhərdə də əhali milli filmlərə baxmağa üstünlük verir. Belə ki əhalinin 57.9%-i milli filmlərə baxmağı daha çox xoşlayır. İkinci ən çox baxılan filmlər isə xarici filmləridir. Belə ki əhalinin 41.8%-i xarici, 24.3%-i müasir türk filmlərinə baxmağa üstünlük verir. Ən az baxılan filmlərsə Keçmiş Sovet (18%) və müasir rus (16.4%) filmləridir.

Bəs maraqlıdır görəsən mövzularına görə hansı filmlərə üstünlük verilir?

Sorğu nəticələri əsasında müəyyən olmuşdur ki, əhalinin 57.6%-i komediyalara, 36.9%-i isə tarixi, 38.4%- i isə savaş filmlərinə baxmağı daha çox xoşlayır. Bir çoxlarımızın maraq dairəsini əhatə edən dedektiv filmlərinin payına isə 34.4% düşür. Əhalinin 31.2 %-i bildirmişdir ki, onlar daha çox macera filmlərinə baxırlar. Qorxu filmlərinə baxanlar isə əhalinin 16.2 %-ni təşkil edir.

MƏNBƏ: ERA Marketinq Mərkəzi, TGİ-Azərbaycan.

Baxılıb: 5322

Şərhlər