Sosial şəbəkələrdə yayımla

GoCreative agentliyi, Yapıkredi Azərbaycan üçün yeni sayt hazırlayıb.

Ciddi sayt hazırlamaq çətin işdir, ciddi bankın saytının hazırlanması iki qat çətindir. Global bankın saytının hazırlanması isə təcrübəli əməkdaşlar, beynəlxalq təcrübə və çox çalışmaq tələb edir. 
Yapı Kredi Bank Azərbaycanın internet səhifəsinin hazırlanmasında yola başladığımız andan etibarən özümüz üçün dəyişməz qanun qəbul etdiyimiz yeddi meyarı – vizuallıq, idarəetmə, dost interfeys, kontent, proqramlaşdırılma, SEO və təhlükəsizlik – heç vaxt ikinci plana keçirtmədik. Bu yolda bizə dəstək olan əməkdaşlarımızı, Yapı Kredi Bank Azərbaycanın Marketing və IT departamenti əməkdaşlarını, Türkiyə Cümhuriyyətindən bizə dəstək olan dost şirkətləri təbrik etməkdə GoCreative olaraq özümüzü haqlı sayıram.
 
 
Sayt konsepti markanın global korporativ kimliyinə sadiq qalaraq, axtarış sisteminə focus olunmasıdır. Saytın axtarış sistemi daimi olaraq özünü təkmilləşdirərək, auditoriyasına xidmət etməsindən əlavə saytın həm əsas yeddi meyarından biri və ən əsası olan kontent üzərində Yapı Kredi Bank Azərbaycanın Marketing departamenti ciddi çalışmışdır.
 
 
İstifadəçilərinə ehtiyac duyduqları xidmətləri online rejimdə təqdim etmək üçün düzgün hazırlanan kontent strategiyasını GoCreative komandası olaraq düzgün vizuallıq və dost interfeys olaraq icra etməyə çalışmışıq. 
Həm B2B həm də B2C üçün xidmətləri biznesə çevirməyi özünə hədəf hesab edən yeni saytımız arxa planlarda baş verən proseslərin idarə ediməsi mövzusunda da  ən yeni trendləri izləyərək, təhlükəsizliyi xarici şirkətlər tərəfindən audit olunaraq həyata keçirilmişdir.
 
 
Qısacası texniki məqamlarda həm Yapı Kredi Bank Azərbaycanın Marketing departamenti əməkdaşları, həm GoCreative və həm də əməkdaşlıq etdiyimiz başqa şirkətlər əllərindən gələni əsirgəməməyə çalışmışdır. Lakin ən əsası saytı son istifadəçilərə təqdim etmək üçün bir az da məsələyə hekayəmizi qatmışıq və inanırıq ki, bəlkə də hansısa məqamlarda gözdən qaçırdığımız boşluqlar varsa da belə çox aylıq məmnun əziyətimiz hesabına bütün tərəflər üçün layihəmiz qatdığımız dəyər və hekayəmiz sayəsində qiymətli olmuşdur.
 
 

Baxılıb: 2556

Şərhlər