Sosial şəbəkələrdə yayımla

Goodbye TV = Welcome Internet

Interneti icad edənlərdən sayılanan Vint Serf Teleqrafa verdiyi müsahibədə çox yaxın dövrlərdə televiziyanın populyarlığının kəskin dərəcədə düşəcəyini qeyd edib. Hal-hazırda internet nəhəngi olan Google-da vitse prezident vəzifəsində çalışan Vintin sözlərinə görə istifadəçilər müxtəlif teleproqramları internetdən yükləyəcəklər. Onun sözlərinə əsasən efirdəki proqramların 85%-i canlı yayımlanmır bu da öz növbəsində imkan verir ki, istifadəçilər digər kontentlər kimi bu proqramları da internetdən yükləyib seyr etsinlər. O televiziyanın gələcəkdə sadəcə xəbərlər, idman yarışları və bəzi proqramların baxılması üçün istifadə olunacağını qeyd edib.

Baxılıb: 4094

Şərhlər