Sosial şəbəkələrdə yayımla

“Google”dan “Instagram” sosial şəbəkəsinə yeni rəqib

“Google” şirkəti özünün yeni foto servisini təqdim edib. Yeni servisin “Instagram” ilə rəqabət aparacağı gözlənilir. 
“Google Photos” xidməti hazırlanarkən əsas məqsəd bir neçə cihazı (mobil telefon, planşet və s.) olan istifadəçiyə şəkillərini bir yerə toplamaq imkanının yaradılması idi.
“Google Photos” həmçinin istifadəçini tapmaqda yardımçı olacaq. Bunun üçün “Google” üzün tanınması texnologiyasından istifadə etməyi planlaşdırır. İstifadəçi şəkilə etiketlənməsə belə onu tapmaq mümkün olacaq.
Proqramdandan internete çıxışı olan hər bir cihazda istifadə etmək mümkün olacaq. 
“Google” daha öncə də məşhur onlayn-servislərə rəqib olmağa çalışmışdı. Şirkət “Facebook” sosial şəbəkəsinə qarşı “Google+” şəbəkəsini istifadəyə vermişdi, lakin gözlənilən nəticələri əldə edə bilməmişdi.  

 

 

 

 

 

Baxılıb: 4082

Şərhlər