Sosial şəbəkələrdə yayımla

“Google” sizin üçün tətil planı hazırlayacaq

Tətilə çıxmaq istəyirsiniz lakin hara gedəcəyinizi bilmirsiniz? Bəlkə də hara getmək istədiyinizi bilirsiniz ancaq getdiyiniz zaman nələr edəcəyinizə dair biraz daha ilhama ehtiyacınız var. Ya da cibinizdəki  az miqdarda pul və işdən uzaqda keçirəcəyiniz bir neçə gündə mümkün olan ən yaxşı tətili yaşamaq istəyirsiniz. 
Dərdlərinizə dərman olmaq üçün "Google", son yeniliyi olan “Google Destinations” proqramını təqdim edir. 
Fərqli məkanlar arasından seçim edib, uçuş və yerləşmə qiymətlərini müqayisə etmənizə şərait yaratmaqla bərabər gedəcəyiniz yerlərdə nələr edə biləcəyiniz barədə sizə məsləhətlər də verən proqram, yalnız mobil cihazlar üzərindən xidmətə açıqdır. Hal-hazırda “Google Destinations”, ABŞ da daxil olmaqla bir neçə ölkədə və 201 şəhərdə xidmətə açıqdır.
 

 

Baxılıb: 3387

Şərhlər