Sosial şəbəkələrdə yayımla

Googledan Microsofta yeni zərbə - Presently

Google şirkəti prezentasiyaların yaradılması üçün Microsoft PowerPoint-in analoqu olan vasitə əlavə edərək, öz “ofis komplektini” genişləndirib. Yeni proqram Presently Google Docs pulsuz proqram təminatı komplektinə daxil ediləcək. Bundan əlavə, Google müəsissələr, universitetlər və dövlət idarələri üçün ildə 50 ABŞ dolları qiymətinə əlavələr toplusunun genişləndirilmiş versiyasını satmağı planlaşdırır. Google-dan prezentasiya yaratmaq üçün vasitə eynən PowerPoint kimi istifadəçilərə slaydlar versiyalarını mətn və qrafika ilə yaratmağa imkan verir. “Ofis komplekti”nə artıq elektron poçt, mətn redaktoru və elektron cədvəllər daxil olunub, lakin Microsoft proqramından fərqli olaraq Google-un əlavələrini birbaşa kompüterlərin sərt disklərinə quraşdırmaq olmur.

Rabita Dünyası

Baxılıb: 4953

Şərhlər