Sosial şəbəkələrdə yayımla

Əgər “papamobil” varsa, onda “papasiklet” niyə olmasın?

Görünür, Amerika baykerlərinin fikrində məhz bu ideya olub. Onlar elə bir nəqliyyat vasitəsi hazırlayıblar ki, dindar katoliklər, çətin ki, onu mərhum pontifik II İoann Pavel üçün yararlı nəqliyyat vasitəsi saya bilsinlər. Özü də onlar bu nəqliyyat vasitəsini nəinki hazırlayıblar, həm də İnternet vasitəsilə satışa çıxarmağı qərara alıblar.
Nyu-Yorkun motosiklet klubunun üzvləri öz yeni motosikletlərini mərhum Roma papasına həsr ediblər. Bu ideyanın yaranma səbəbi odur ki, mərhum papanın obrazı “papamobil”lə, yəni xüsusi olaraq, onun üçün işlənib hazırlanmış avtomobillə qırılmaz surətdə bağlı idi. Həmin avtomobilin vasitəsilə Vatikanın başçısı dindar katoliklərin toplaşdığı yerlərə hərəkət edirdi.
Dindar baykerlər iddia edirlər ki, “öz şedevrlərini papanın dahiliyini təcəssüm etdirmək və insanlara dini hisslər aşılamaq üçün yaradıblar”.
Qeyd edildiyi kimi, papasiklet internet vasitəsilə satışa çıxarılacaq. Bu qeyri-adi nəqliyyat vasitəsinin qiyməti isə təkcə dini hissləri deyil, həm də emosional hissləri oyatmağa qadirdir: istehsalçılar bu məhsula 170.000 dollar qiymət qoyublar... Din öz yerində, amma biznes də yaddan çıxmamalıdır.

/avtomobil.az

Baxılıb: 4844

Şərhlər