Sosial şəbəkələrdə yayımla

“Gəlin tanış olaq” PR kampaniyası

Bank Respublika Bankın Baş ofisində bir sıra görüşlər və təqdimatları nəzərdə tutan “Gəlin tanış olaq” PR kampaniyasını bərpa edir.

Bu kampaniya çərçivəsində görüşlərdə iştirak etmək arzusunda olan şəxslər Bank Respublika-nın fəaliyyəti ilə tanış olmağa, kreditlər, depozitlər, plastik kartlar, təcili pul köçürmələri, qızıl külçələr və Bankın digər xidmətləri, həmçinin uduş kampaniyaları haqqında məlumatlar əldə edə bilər.

Təqdimatlar hər həftə, Bank Respublika-nın Baş ofisində keçiriləcəkdir. Hər bir təqdimatın müddəti – 1 saatdır. Təqdimat zamanı görüş iştirakçıları onları maraqlandıran suallara da cavab ala bilərlər.

Təqdimatda iştirak etmək üçün www.bankrespublika.az saytında “Gəlin tanış olaq” səhifəsində on-layn sifarişi doldurmaq və yaxud 144 və ya 598 08 00 (daxili 307) nömrəsi ilə banka zəng etmək lazımdır. Bundan sonra Bankın əməkdaşı təqdimatın keçirilmə zamanı barədə məlumat verəcəkdir.

Baxılıb: 4809

Şərhlər