Sosial şəbəkələrdə yayımla

Gənclər üçün marketinq təlimləri təşkil olunmuşdur!

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 26-27 sentyabr tarixində  Yüksək Texnologiyalar Parkında Gənclər üçün marketinq təlimi təşkil olunmuşdur. 
Təliminin keçirilməsində əsas məqsəd biznes sahibi gənclərin, eləcə də, marketinq sahəsində fəaliyyət göstərmək istəyən istedadlı gənclərin bu istiqamətdə məlumatını artırmaq, praktik yönlərini gücləndirmək, gələcək fəaliyyətlərində üzləşəcəkləri marketinq sahəsində suallara bugündən cavab tapmaqlarına imkan yaratmaqdır. 
Təlim iştirakçılar teorik məlumatlarla tanış edilmiş və real caselər üzərində öyrənilənləri tətbiq etmə imkanı əldə etmişdilər. Təlimlər gənc və istedadlı kadrlar arasında müzakirə mühitinin yaradılmasına da xidmət etmişdir. 
Yekunda iştirakçılara bilik və bacarıqlarının daha da artırılması məqsədi ilə təlim materialları tam şəkildə təqdim edilmişdir.  
 

Baxılıb: 3145

Şərhlər