Sosial şəbəkələrdə yayımla

Hansı peşə sahiblərinə daha çox inanırsınız?

Bir müddət əvvəl Synovate araşdırma şirkətinin 7 ölkədə keçirdiyi sorğuya əsasən ən çox etibar olunan peşə sahiblərinin həkimlər və təhsil sahəsində çalışanlar olduğu məlum olmuşdur. Ümumiyyətlə araşdırmada iştirak edənlərin böyük hissəsi insanların qayğısına qalan (həkim, məllim, tərbiyəçi və s) peşəli insanlara daha çox güvəndiklərini bildiriblər. Həmin ölkələrin insanlarının ən az etibar etdikləri peşələr isə reklam, PR və marketinq sahəsində işləyənlərdir. 

Mak.az ziyarətçiləri arasında daha çox etibar olunan peşə sahiblərini müəyyənləşdirmək üçün sorğu bolməsində "Hansı peşə sahiblərinə daha çox inanırsınız?" sualı ilə müraciət etdik. Digər ölkələrdə olduğu kimi bizim ziyarətçilərin də böyük hissəsi (19%) təhsil sahəsində çalışanlara daha çox etibar etdiklərini bildiriblər. Maraqlıdır ki, sorğuda iştirak edənlərin 18%-i istehsalat sahəsində olan peşə sahiblərinə daha çox inanır. Lakin, digər ölkələrdə bu sahədə çalışanlara daha az etibar mövcuddur. 

Başqa ölkələrdən fərqli olaraq respondentlərin 16%-i marketinq və reklam sahəsindəki peşə sahiblərinə etibar edirlər. Bunun səbəbi Mak.az online jurnalının ziyarətçilərinin əsasən marketinq sahəsində çalışanların  olması ola bilər. ən çox etibar olunan peşələr siyahısının növbəti pilləsində turizm (14%) və maliyyə (10%) sahələri durur. Daha bir maraqlı  məqam tibb sahəsinin işçilərinə az etibar olunmasıdır. Cəmi 7% respondent həkim və digər tibb işçilərinə inanır, digər ölkələrdə isə bu göstərici 86% təşkil edir. 

Siyahının aşağı pillələrində hüquq/mühafizə (6%), Mədəniyyət (6%), Ticarət (3%) sahələri düşür. Bəs niyə daha az respondent bu sahələrdə çalışanlara etibar etmirlər? Bunların səbəbini dərin araşdırmalarla öyrənmək maraqlı olardı. ən az etibar olunan peşə sahəsi 1% respondent tərəfindən qeyd olunan İnşaat sahəsidir.

Baxılıb: 2495

Şərhlər