Sosial şəbəkələrdə yayımla

“Hewlett Packard – Makkabi” turnirinin qalibi müəyyən olundu

Azərbaycanın nümayəndəsi Maksim Eqorçev “Hewlett Packard – Makkabi” uşaqlar arasında I Beynəlxalq şahmat turnirinin qalibi olmuşdur. Turnirdə ikinci yeri Gürcüstanın nümayəndəsi Anna Kuçava, üçüncü yeri isə Ömər Bəkirli tutmüşdür. Beynəlxalq turnir Hewlett Packard  şirkətinin Azərbaycan nümayəndəliyi və “Makkabi-Azərbaycan” mədəni-idman cəmiyyəti tərəfindən 12 yaşına qədər uşaqlar üçün təşkil olunmuşdu. 
Turnirdə Azərbaycandan, Hindistandan, Rusiyadan, Türkiyədən, Gürcüstandan, ABŞ-dan, Pakistandan və İsraildən 36 gənc şahmatçının iştirak etmişdir.  
Turnirin qalibləri HP şirkətinin istehsalı olan noutbukla (I yer), smartfonla (II yer), fotoaparatla (III yer) mükafatlandırılmışlar. Qaliblər gələn ilin fevralında Moskvada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəkdir.

Baxılıb: 4574

Şərhlər