Sosial şəbəkələrdə yayımla

“Honda”dan “alovlu” kampaniya

Bütün avtomobil modellərini yeniləyən, eyni zamanda çoxdandır üzərində çalışdığı təyyarəsi “HondaJet”in də ilk ticari uçuşunu həyata keçirən və illər sonra “Formula 1” yarışına geri dönən "Honda", marka üçün möhtəşəm hadisələrin yaşandığı 2015-ci ili özəl bir imic çarxı ilə qeyd edir. 
Markanın uzun zamandır birlikdə çalışdığı agentlik  “Wieden + Kennedy”nin imzasını daşıyan reklam çarxı, robot Asimo da daxil olmaqla bütün "Honda" məhsul qruplarını özündə cəmləşdirir. Keçmişdə “Formula 1” yarışında “Honda” üçün yarışan əfsanəvi pilot “Ayrton Senna”nın səsinin arxa planda səsləndirildiyi filmdə, markanın yeni ulduzu Jenson Button rol alır. 
 
 

 

Baxılıb: 3325

Şərhlər