Sosial şəbəkələrdə yayımla

HP ŞİRKƏTİ “2006-CI İLİN BESTSELLERLƏRİ” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

IT Research şirkətinin apardığı araşdırmaların nəticələrinə görə, HP şirkəti printerlər, çoxfunksiyalı qurğular (ÇFQ) və skanerlər kateqoriyasında İT bazardakı liderliyini qoruyub saxlamaqdadır.
HP qurğuları aşağıdakı seqmetlər üzrə qalib gəlmişlər:
HP Laserjet 1020 - printerlər bazarında 2006-cı ilin sözsüz bestselleri;
HP Laserjet 2420 - işçi qruplar üçün lazer printerləri altseqmentində birinci yer;
HP Deskjet 3940 - şırnaqlı printerlər seqmentində birinci yer;
HP Color Laserjet 2820 - rəngli lazer ÇFQ-r arasında lider;
HP PSC1513 - şırnaqlı ÇFQ-lar arasında birinci yer, ikinci və üçüncü yerə də HP-nin ÇFQ-rı layiq görülmüşlər.

Mükafat haqqında
Hərfi mənada “bestseller” sözü ingilis dilindən tərcümədə ən yaxşı satılan məhsul anlamını daşıyır. “İT bazarın bestsellerləri. Rusiya İT bazarının analitikası” nəşrinin məqsədi İT bazarın obyektiv təhlil edilməsindən ibarətdir. İTResearch şirkətinin analitik hesabatları konkret İT modellərinin həqiqi satış həcmləri haqqında məlumatları əks etdirir. Məhz elə bu prinsipə uyğun olaraq, 2006-ci ilin bestsellerləri seçilmişlər.

Baxılıb: 4777

Şərhlər