Sosial şəbəkələrdə yayımla

HP şirkətinin MDB ölkələrində əldə etdiyi Nəticələr

2007-ci maliyyə ilində HP şirkətinin MDB ölkələrindəki gəlir artımı 37% təşkil etmişdir 
HP şirkətinin verdiyi məlumatlara əsasən, 2007-ci maliyyə ilinin nəticələrinə görə şirkətin MDB ölkələri üzrə əldə etdiyi gəlir 2006-ci maliyyə ilin nəticələrindən 37% çox olmuşduri. Bu cür nəticələri bir sıra mühüm layihələrin uğurla həyata keçirilməsi hesabına əldə etmək mümkün olmuşdur. HP-nin MDB ölkələri üzrə Baş Direktoru Hilmar Lorents qeyd etdi ki, “2007-ci maliyyə ilində həyata keçirdiyimiz fəaliyyətimizi uğurlu hesab edirik. Bu müddət ərzində biz nəinki planlaşdırılmış layihələri həyata keçirə bildik, hətta MDB ölkələrindən olan özəl biznes və hökumət sektorları nümayəndələri üçün kompleks həllərinin aparıcı təchizatçı mövqelərimizi möhkəmləndirdik”. 

Hökumət idarəçiliyi sahəsində mövcud olan layihələr

2007-ci ildə hökumət sektorunda həyata keçirdiyimiz layihələr arasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə sıx əməkdaşlığımızı qeyd edə bilərik. Pensiya sığorta sistemində keçirilən islahatlar çərçivəsində HP həlləri sayəsində bölüşdürülmüş bazanın və verilənlərin emalı mərkəzinin yüksək keyfiyyətli fəaliyyəti təmin olunmuş, Dövlət Fondunun mərkəzi ofisi Respublikanın 10 regional nümayəndəlikləri və 75 filialları ilə birləşdirilmiş, həmçinin Fond tərəfindən bahalı enerji resurslarına və lisenziyalı proqram təminatlarının alınmasına xərclənən vəsaitlərə qənaət edilmişdir. 

2007-ci ilin iri layihələrindən biri də, “Qazaxıstan Respublikası Milli Bankının Banklararası Hesablaşmalar üzrə Qazaxıstan Mərkəzində” həyata keçirilən prosesləri təkmilləşdirməyə imkan verən müasir informasiya texnologiyalarının tətbiq edilməsi oldu. Layihənin həyata keçirilməsi nəticəsində Mərkəzdə göstərilən texniki dəstək səviyyəsi artmış və HP-nin ödəniş sistemlərinin operativ müşaiyətini, texniki və kommunikasiya avadanlığının dəstəyini təmin etməyə imkan verən tam məhsullar və həllər kompleksi tətbiq edilmişdir. 

Hilmar Lorents qeyd etdi ki, “HP şirkəti MDB ölkələrinin hökumət orqanları ilə fəal əməkdaşlıq edir. Hökumət sektoru ilə əməkdaşlıq çərçivəsində diqqətimizi xidmətlərin təqdim edilməsi və informasiya cəmiyyətinin formalaşması yolu ilə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn yeni yanaşmalar üzərində toplayırıq”. 

Təhsil layihələri

Hökumət sektoru ilə amakdaşlıq çərçivəsində ən mühüm istiqamətlərdən biri də sosial və təhsil sahələrində həyata keçirilən layihələr olmuşdur. 
Məsələn, ölkənin bütün məktəblərinin kompyuter avadanlıqları ilə təchizatı proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə HP mütəxəssisləri “thin client” texnologiyasının tətbiqi ilə qənaətçil, istifadə üçün sadə və çevik İT-infrastruktur yaradıblar. Bu günlərdə sözügedən infrastruktur əsasında Azərbaycan məktəblərində 175 kompyuter sinifi fəaliyyət göstərir. 

HP şirkətinin Gürcüstan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlığı sayəsində ölkənin bütün məktəbləri (2267 məktəb, 16703 iş yeri) qısa müddət ərzində müasir kompyuter avadanlıqları ilə təchiz olunmuşlar. Sözügedən layihə çərçivəsində 2008-ci ilin sonunadək 30000 kompyuter iş yerlərinin açılması, müəllimlər və şagirdlər üçün xüsusi tədris kompyuter kurslarının işlənib hazırlanması, həmçinin Gürcüstan məktəblərinin İnternet şəbəkəsinə tam miqyaslı qoşulması planlaşdırılmışdır. Bundan əlavə, Türkmənistanın Təhsil Nazirliyinin təhsil sisteminin və təhsil prosesinin inkişafı və təkmilləşdirilməsi üzrə dövlət proqramı çərçivəsində Türkmənistan məktəblərinə 6 ay ərzində HP tərəfindən 12 000 kompyuter quraşdırılmışdır. Hər bir kompyuterləşdirilmiş sinifdə 9 şagird və 1 müəllim iş yeri daxildir.  


HP şirkəti və Gürcüstanın Təhsil Nazirliyi tərəfindən Tiflisdə birgə təşkil edilən “Təhsil sisteminin informatlaşdırılması” mövzulu Beynəlxalq Sammitdə Hilmar Lorents qeyd etdi ki, “Təhsil sisteminin informatlaşdırılması dünyada mövcud olan sosial və iqtisadi problemlərin həlli üçün zəruri şərtdir. Biz çalışırıq ki, müasir informasiya texnologiyaları hər bir insan üçün əlçatan olsun. Ona görə də, biz gələcəkdə də təhsil keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənən xeyriyyə və sosial təşəbbüslərimizi genişləndirməyi və təkmilləşdirməyi planlaşdırırıq”. 


2007-ci il ərzində HP şirkəti MDB ölkələrində aşağıda göstərilmiş mühüm layihələri həyata keçirmişdir:


MADAD qeyri-hökumət təşkilatı ilə birgə Bakıda Tədris mərkəzinin açılması və Azərbaycan gənclərinin dəstəklənməsi üzrə maarifləndirici proqramın tətbiq edilməsi;
Al-Farabi adına Qazaxıstan Milli Universitetində kompyuter sinifinin açılması və universitetdə imkansız əhali üçün informasiya texnologiyaları üzrə xüsusi tədris proqramlarının işlənib hazırlanması. 
Bundan əlavə, Ukraynada “Lvovskaya Politexnika” Milli Universitet bazasında müasir “İnformasiya və hesablama texnologiyaları laboratoriyası” adlanan kompyuter sinifi açlılmışdır. Hal-hazırda sözügedən sinifdə HP-nin dünyada həyata keçirdiyi “Gənc sahibkarlar üçün İT biznes” - «GET-IT» (Graduate Entrepreneurship Training through IT) proqramı tədris edilir.

Sözügedən proqram HP-nin “Philantrhrophy” adlanan xeyriyyə təşəbbüsünün bir hissəsi olmaqla yanaşı gənc mütəxəssislərin İT sahəsi üzrə geniş məlumatların ala bilməsi məqsədilə həyata keçirilir. Yaxın zamanlarda Belarusiyada da həmin proqramın reallaşdırılmasına başlanacaq.

Bundan əlavə, “Gənclərin nailiyyətləri” adlanan Regionlararası İctimai Təşkilat ilə birgə HP hər il tələbələr arasında Global Business Challenge beynəlxalq müsabiqəsini keçirir. 2007-ci ilin nəticələrinə görə müsabiqə qalibləri və pul qrantının sahibi Azərbaycanı təmsil edən tələbələr oldular.


B2B sahəsində mövcud olan layihələr

Digər həyata keçirilmiş layihələr arasında – kommersiya banklarında müxtəlif həllərin tətbiq edilməsidir. Məsələn, Azərbaycanın ilk özəl banklarından olan Unibankda ehtiyat mərkəzi yaradılmışdır. Mərkəzin infrastrukturu C-sinifli Bleyd serverlər – BL 460 - əsasında yaradılmışdır. Rayffazen Bank Avalda biznes-proseslərin idarəedilməsinin yeni standartların tətbiq edilməsi üzrə layihə həyata keçirilmişdir. HP mütəxəssisləri zəruri biznes-prosesləri layihələşdirmiş, yeni sistemin qurulmasını və yoxlanılmasını həyata keçirib onu istismara vermiş, həmçinin HP OV Service Desk bazasında bank əməkdaşlarının əlaqələrinin vahid nöqtə xidmətini yaratmışlar. 

Bundan əlavə, telekommunikasiya sahəsində də bir sıra iri layihələr həyata keçirildi. Məsələn, Qazaxıstanın milli telekommunikasiya operatoru “Qazaxtelekom” və HP şirkətinin əməkdaşlığı çərçivəsində operatorun şəbəkəsinin təkmilləşdirilməsi həyata keçirilir. Ona əsasən “Qazaxtelekom”un infrastrukturunda daim olaraq yeni məhsul və həllər tətbiq edilir. 

HP şirkətinin telekommunikasiya sektoru ilə uğurlu əməkdaşlığının bir nümunəsi kimi də hal-hazırda lider olan İTSM həllinin Azərbaycanın mobil xidmətləri operatoru “Azercell” şirkətində tətbiq edilməsidir. Həmçinin Ukraynanın “Astelit” adlanan telekommunikasiya operatorunun əsas proqramlarının (SAP, hesablama sistemləri və s.) SAN server infrastrukturu ilə konsolidasiyası üzrə layihə.  


HP-nin MDB ölkələrində tərəfdaş şəbəkəsi

Öz həllərini, məhsullarını və xidmətlərini MDB ölkələrindən olan müştəriləri üçün daha əlçatan etmək üçün HP şirkəti hal-hazırda 1100 şirkəti əhatə edən tərəfdaş şəbəkəsini fəal şəkildə inkişaf etdirir. “HP Preferred Partner” proqramı iştirakçılarının sayı da artmışdır. 84 şirkət 2008-ci il üçün “HP Preferred Partners” statusunu almışdır. Tərəfdaş proqramı nəinki say, hətta keyfiyyət nöqteyi nəzərindən inkişaf edir: HPPP statusundan əlavə HP-nin müxtəlif həllər və məhsulları üzrə ixtisaslaşmaya malik olan tərəfdaşların sayı da artmaqdadır. HP şirkətinin ixtisaslaşma almaq arzusunda olan şirkətlərin qarşısında qoyduğu əsas tələblərdən biri HP-nin müəyyən məhsul istiqaməti üzrə sertifikatlı əməkdaşlarının olmasıdır. 2007-ci ilin sonuna MDB ölkələrində bu cür tərəfdaşların sayı 33 şirkətə çatmışdır. Bundan əlavə, MDB-nin bəzi ölkələrində “НР Register Partner” proqramı başlanmış və 51 şirkət artıq bu statusu əldə etmişdir. 

HP-nin MDB ölkələri üzrə Baş Direktoru Hilmar Lorents deyir ki, “HP-nin MDB ölkələrində həyata keçirdiyi fəaliyyətə nəzər yetirərək, qeyd etmık istərdim ki, 2007-ci ildə qarşımıza qoyduğumuz məsələlərin həyata keçirilməsi yolunda böyük bir iş görüb əla nəticələri əldə etmişik. Bununla da, 2008-ci ildə biznes inkişafı üçün etibarlı baza formalaşdırdıq. Növbəti il MDB ölkələrində əsas istiqamətlərimizi, yəni biznes, hökumət və təhsil sektoru üçün nəzərdə tutulan həlləri inkişaf etdirməyə davam edəcəyik”.

Baxılıb: 4722

Şərhlər