Sosial şəbəkələrdə yayımla

HP “Amburan” da istirahət edənlərin anlarını tarixə çevirdi

HP şirkətinin Azərbaycan nümayəndiliyi “Amburan” istirahət mərkəzində istirahət edən vətəndaşlara foto çəkilişləri üçün öz imkanları təqdim edirlər. Belə ki, şirkətə məxsus fotoaparatlar və çap avadanlıqları təmannasız olaraq istirahət edənlərə təqdim edilir. <?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" /><o:p></o:p>

Son iki həftə sonu ərzində 500 nəfər bu aksiyaya qoşularaq öz şəkillərini çəkdirmişlər. <o:p></o:p>

Bundan başqa istirahət mərkəzində məhşur “Şrek” personjının maketi də yerləşdirilmişdir belə ki, adı çəkilən çizgi filminin çəkilişində HP şirkətinə məxsus texnologiyalar tədbiq olunmuşdur. <o:p></o:p>

Pulsuz şəkil çəkdirmə və çap etmə aksiyasına nəinki Azərbaycan, həm də Almaniya, İngiltərə, Hindistan və Türkiyə vətəndaşları da maraq göstərmişlər. <o:p></o:p>

HP şirkətinin marketinq və kommunikasiyalardan məsul nümayəndəsi Səbinə Pərvizinin sözlərinə əsasən məhz bu cür aksiyalar vasitəsi ilə HP printerlərinin keyfiyyətli işi ilə tanışolub onların xüsusiyyətləri barədə məlumat toplamaq mümkün olur. “Çimərlik fəsli boyunca bu aksiyanı davam etdirməyi planlaşdırırıq və hər kəs bu aksiyaya qoşularaq öz şəkillərini əldə edə bilərlər” – deyə Pərvizi qeyd edib. <o:p></o:p>

Baxılıb: 5664

Şərhlər