Sosial şəbəkələrdə yayımla

HP Azərbaycanda gənclərə öz bizneslərini açmağa yardım edəcək

Beynəlxalq Mətbuat Mərkəzində HP şirkətinin Azərbaycanda gənclərə öz bizneslərini açmağa yardım edəcək proqramı ilə bağlı mətbuat konfransı keçirildi. Bu mətbuat konfransında Azərbaycanda fəaliyyət göstərən HP nümayəndəliyi ölkədə yeni proqramın həyata keçirilməsinə başladığı haqqında xəbər verdi. Sözügedən proqram peşəkar İT-hazırlığına ehtiyacı olan tədris ocaqların məzunlarını və işsiz gəncləri İT və biznesin aparılması sahələrində lazımi bilikləri və bacarıqları tədris edilməsi üçün nəzərdə tutulub.  Konfransda İqtisadi İnkişaf Nazirliyinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri də iştirak etmiş, jurnalistlərin suallarını cavablandırmışlar.  

HP “Yeni sahibkarlar üçün İT-də Biznes” - GET-İT (Graduate Entrepreneurship Training through IT) - tədris proqramı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən “MƏDƏD” təşkilatına avadanlıq təqdim etmiş, təşkilatın bir nümayəndəsinin təlimatçı treninqlərində iştirakı üçün imkan yaratmışdır. Proqrama uyğun olaraq HP və “MƏDƏD” Bakıda treninq mərkəzi yaradacaqdır.  Mərkəzdə gənc sahibkarlar üçün təlimlər təşkil ediləcəkdir. Bu təlimlər zamanı gənc sahibkarlar müxtəlif biznes-məsələlərinin həlli yolları öyrənəcəklər. Treninqlərə Azərbaycanın müxtəlif bölgələrindən gənclər cəlb olunacaqdır. HP şirkətinin gənclərə yardım proqramı Azərbaycan Respublikası prezidentinin təşəbbüsü ilə 2007-ci ildə keçirilən "Gənclər ili" çərçivəsindədir.

HP şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyovun sözlərinə görə,   “Yeni sahibkarlar üçün İT-də Biznes” proqramının həyata keçirilməsində əsas məqsəd yeni nəsil arasında müasir texnologiyaların yayılmasına və onların fəaliyyətlərinin effektivliyinin artırılmasına kömək etməkdir. R.Hacıəlibəyov qeyd etdi ki, insan resurslarına diqqət ölkədə iqtisadiyyatın daha da güclü inkişafına kömək edəcəkdir.  

 “MƏDƏD” təşkilatının direktoru Emil Məmmədovun sözlərinə görə, müasir həyatda tədrisin effektivliyi birbaşa olaraq informasiya texnologiyaları ilə bağlıdır. Məhz buna görə, “MƏDƏD” öz fəaliyyətin təhsilin və informasiya texnologiyalarının maksimal inteqrasiyası istiqamətində qurur.  O qeyd etdi ki, HP-nin həyata keçirdiyi  “Yeni sahibkarlar üçün İT-də Biznes” proqramı gənclərə sahibkarlıq bacarıqlarının artırılması üçün çox gözəl imkandır.

Proqramda həmçinin  Belarusiya, Belçika, Böyük Britaniya, Almaniya, Qana, İtaliya, Qazaxıstan, Keniya, İrlandiya, Nigeriya, Portuqaliya, Russiya, Rumıniya, Ukrayna, Finlandiya, Fransa və Cənubi Afrikadan olan ictimai və qeyri-kommersiya təşkilatları iştirak edir.

Yaxın aylarda GET-İT proqramı, təhsil və yeni iş yerlərin açılması məsələlərilə artıq fəal məşğul olan Avropa, Yaxın Şərq və Afrikanın (EMEA) 35 qeyri-kommersiya təşkilatının tədris təşəbbüsləri ilə inteqrasiya edəcək. GET-İT proqramı üzrə tədris kursları maliyyə, menecment, marketinq və texnologiyaların idarəsi kimi sahələrdə, gündəlik biznes-məsələlərin həll edilməsi üçün hazır İT-həlləri təqdim edəcək.

            Tədris materialları və idarə kadrların peşəkar hazırlıq kurslarına əlavə olaraq, hər bir qeyri-hökumət təşkilatı tədris proqramların həyata keçirilməsi üçün lazımi avadanlıqla təchiz ediləcək. Hər bir təşkilat üçün nəzərdə tutulmuş qrantın miqdarı – 40 000 ABŞ dollarıdır. Proqramın ilkin mərhələsində dünyanın 18 ölkəsini təmsil edən, 35 hazırlıq mərkəzlərində 6000 yaxın gənc tədris alacaq. Bu onlara işə düzəlmək, həmçinin öz bizneslərini açıb onu idarə etmək, üçün daha yaxşı hazırlaşmağa yardım edəcək. HP bu proqramı digər ölkələrdə də tətbiq etməyi planlaşdırır.

            HP-nin İqtisadi İnkişaf Proqramının (Economic Development Programme) bir hissəsi olan, GET-İT proqramı iki il öncə başlanmış və hal-hazırda sahibkarlara biznes- və İT-tədrisi təqdim edən, Kiçik Biznesin İnkişafı üzrə Proqrama (Microenterprise Acceleration Programme) bir əlavədir. Hər iki proqram Kiçik Biznesin İnkişafı İnstitutu ilə (HP-nin himayəsi altında fəaliyyət göstərən və biznes- və İT-təlimlərini təqdim edən qeyri-kommersiya təşkilatı) əməkdaşlıq çərçivəsində həyata keçirilirlər. Bu və sosial məsuliyyət sahəsində olan digər işlənmələr haqqında daha ətraflı məlumatı HP-nin vətəndaş məsuliyyəti broşürunda və KSO-nun (Korporativ Sosial Məsuliyyət) saytında tapa bilərsiniz: www.hp.com/hpinfo/globalcitizenship/

Baxılıb: 5568

Şərhlər