Sosial şəbəkələrdə yayımla

HP ŞIRKƏTİ ELCELL İLƏ BİRGƏ AZƏRBAYCANDA MOBİL OFİS KONSEPSİYASINI TƏTBİQ EDIR

Hewlett Packard (НР) şirkəti elcell simsiz modemlərlə təchiz edilmiş noutbukların satılması üzrə marketinq kampaniyasına başlayır. Elcell simsiz İnternet servisinin iştirakılə həyata keçirilən kampaniya çərçivəsində НP Compaq 6720s noutbuklarının alıcıları pulsuz PCMCIA elcell modemini və İnternetə sürətli çıxışı əldə edəcəklər. Bu payız keçiriləcək kampaniya Azərbaycanda “mobil ofis” konsepsiyasının gerçəkləşdirilməsinə və HP noutbuklarının simsiz texnologiyalarını geniş istifadə edilməsinə istiqamətləndirilmişdir.
НP Compaq 6720 noutbuku müasir Intel® Core™2 Duo prosesoru ilə təchiz edilmişdir. Texniki göstəriciləri və yüngül çəkisi (2,49 kq) HP Compaq 6720s noutbukunu mobil ofis üçün əla bir alətə çevirir. Elcell mobil modeminin mövcudluğu şəhərin istənilən yerindən, hətta saatda 100 km sürətlə hərəkət edərkən belə, İnternetə daimi simsiz çıxış təmin etməyə imkan verir. Elcell xidmətindən istifadə Bakı və Abşeron yarımadası ərazisinin, demək olar, istənilən nöqtəsindən şəbəkəyə daimi çıxış əldə etməyə imkan verəcək.
HP şirkətinin Azərbaycanda biznes inkişafı üzrə meneceri Rasim Bəxşinin dediyinə görə, birgə kampaniyanın məqsədi НP Compaq 6720s noutbuklarının mobil həllərinin istifadə edilməsi üçün müvafiq şəraitin yaradılmasıdır. Sözügedən noutbuklar dinamik inkişaf şəraitində müasir biznesin aparılması tələblərinə cavab verir və müvafiq texniki göstəricilərə malikdir. Mobillik tələbinin gündəmə çıxmasını nəzərə alsaq, deyə bilərik ki, dinamik biznes üçün noutbukun əhəmiyyəti dəfələrlə artmaqdadır. Elcell modeminin təmin etdiyi simsiz İnternet sadəcə şəbəkəyə girişi əldə etməyə deyil, məhz НP Compaq 6720s noutbukunu mobil ofisə çevirməyə imkan verəcək. Bundan əlavə, НP Compaq 6720s  noutbuklarını alarkən, alıcılar elcell modeminin alınmasına xərclənə biləcək vəsaitlərinə qənaət edəcəklər.
Datacell LLC müştərək Azərbaycan-Britaniya müəssisəsinin baş direktoru Ramiz Şərifovun sözlərinə görə, müasir simsiz iBurst texnologiyasının tətbiqi və elcell servisinin kommersiya fəaliyyəti Azərbaycanda İnternet bazarının inkişafına öz müsbət təsirlərini göstərmişlər. Respublikada müşahidə edilən, kiçik və orta biznesin sürətli inkişafı fonunda, ofisdən kənar bir məkanda olmaq şərtilə, məsafədən idarə oluna biləcək məlumatlara ani və etibarlı çıxışa tələbat gündəmə çıxmışdır. Bu günlərdə elcell servisi müasir HP noutbuklar sahiblərinə sadəcə korporativ poçta çıxışı təmin etmir; o, korporativ verilənlər bazasına, idarə və logistika sistemlərinə, daxili məlumat proqramlarına daxil olmaq imkanına malik olan mobil ofisi konsepsiyasının tamamilə reallşadırılmağa, həmçinin iş yerinizdə olduğunuz kimi səs və video ünsiyyət alətlərindən həmin səmərililiklə istifadə etməyə imkan verir.

Baxılıb: 4919

Şərhlər