Sosial şəbəkələrdə yayımla

HYUNDAI bir addım yuxarı qalxır

Ucuz avtomobil olaraq dünya bazarına girən HYUNDAI, artıq “ucuz” deyil.

HYUNDAI-nin indiyədək istehsal etdiyi ən yaxşı avtomobil Bütün Avropa bazarında ancaq Azərbaycanda-VERACRUZ!  

HYUNDAI, ilk dəfə 1967-ci ildə ucuz və keyfiyyəti də Yapon və Alman avtomobillərinə görə daha aşağı olan, avtomobil istehsalına başlamışdır. Hyundai ilk dəfə 2000-ci ildən etibarən güclü rəqibləri ilə müqaisə olunmağa başlanılıb və nəhayət 2002-ci ildən etibarən bir çox segmentlərdə mükfatlara laiq görülərək rəqibləri ilə başa baş rəqabətə başlayıb. Hal hazırda 6-cı böyük avtomobil istehsalçısı olan HYUNDAI-ın global hədəfi 2010-cu ildə 5-ci sıraya yüksəlməkdir.

Veracruz HYUNDAI-ın “qiyməti münasib” avtomobil imicini dəyişdirməsi üçün istehsal olunmuş modeldir. Adını Meksikada bir qəsəbədən alır bu model. Texniki xüsusiyyətləri və stili ilə, diqqət çəkən avtomobildir. Texniki xüsusiyyətləri haqqında biz çox melumat vermeyeceyik, bunu Hyundai Avto Azərbaycan və rəsmi dilerlərindən öyrənə bilərsiniz, ancaq qısaca onu deyə bilərik ki, 3.0 CRDi mühərrik çox güclü və səssizdir. Bunun səbəbi isə supercharger turbo istifadə olunmasıdır.

Bizi maraqlandıran işin “marketing tərəfidir”. Avtomobil Amerika bazarında (Amerika bazarını xüsusi vurgulamağımızın səbəbi odur ki, Azərbaycan avtomobil alıcıları və ya istehlakçıları Amerikan istehlakçılarına daha çox bənzər xüsusiyyətlərə sahibdir. Avropa ölkəsi olsaq da, daha çox amerikan satın alma davranışlarına bənzərlik hiss olunur) Lexus RX350 ilə müqaisə olundu. Rəsmi olaraq Amerikada buna qanunlar icazə verir. Bunu HYUNDAI niyə belə etdi? Çünkü Midsize-LUV (Luxury Utility Vehicle) sinifinde RX350 kriteriyaları müəyyənləşdirən modeldir. Böyüklə böyük, kiçiklə kişik yarışır. RX350 ilə müqaisə avtomatik olaraq insanların ağlında Veracruzun premium model olduğunu çağrışdırır. HYUNDAI-ya da elə bu lazım idi.

Azərbaycan bazarında yeni premium HYUNDAI ! Baxaq görek HYUNDAI-ın bugünə qədər istehsal etdiyi ən yaxşı avtomobil Yaponiyalı rəqibləri ilə necə rəqabət edəcək.

Baxılıb: 5704

Şərhlər