Sosial şəbəkələrdə yayımla

Hyundai GENESIS-i Nəhayət Təqdim Etdi

Hyundai Motor Co. iki il əvvəl konsept olaraq təqdim etdiyi Genesis modelini Koreada rəsmi olaraq media qarşısında təqdim etdi. Lüks Sport Sedan GENESIS Tau V-8 mühərriki ilə təchiz olunan avtomobil 375 at gücünə malikdir. Bundan əlavə Genesis 3.3 və 3.8 mühərrik variantları ilə də müştərilərə təklif ediləcək.

İlk növbədə Korea, Çin və Şimali Amerika bazarlarında satışa çıxarılması planlaşdırılan Genesis Hyundai-ın ilk lüks sport sedanıdır. Qeyd edən ki, bu ölkələrdə Genesis bildiyimiz Hyundai logosu ilə deyil, xüsusi olaraq GENESIS logosu ilə satılacaq.

1999-cu ilədək “Münasib qiymətli Avtomobil” istehsal edən Hyundai Motor Co. 1999-cu ildə “Quality Policy” adı altında strategiya dəyişdirdi və orta sinifin məşhur nümayəndələri Toyota, VW, Nissan, Opel kimi rəqabətə başladı. Qısa müddətdə xüsusən də Şimali Amerika və Avstraliyada aldığı mükafatlarla özünə bazarın bu “pilləsində” geniş yer qazandı. 

Hazırda bizim şəhərimizdə də gördüyümüz Veracruz (LUV-Luxury Utility Vehicle) modeli ilə Premium sinifdən də pay almaq istədiyini göstərən Hyundai, Genesis ilə girdiyi bazarda mövqeyini möhkəmləndirmək fikrindədir.
Premium sinif üçün Toyota Lexsus markası adı altında girdi, Honda Acura adı altında, Nissan isə Infiniti. Yapon markalarının bu “adətlərini” də nəzərə alaraq bəzi mütəxəssislər Hyundai-ın da eyni addımı atacağını fikirləşirdi. Bu bəlkə də gələcəkdə ola bilər. Hətta Genesis üçün xüsusi logo hazırlanması da buna işarət edə bilər. Gözləyək-görək!

Hyundai Motor Company-nin Azərbaycandakı rəsmi dirstributoru Hyundai Auto Azerbaijan-nn verdiyi məlumata görə bu modelin ölkəmizdə satışına 2009-cu ilin əvvəllərində başlanılacaq.

Baxılıb: 4831

Şərhlər