Sosial şəbəkələrdə yayımla

HYUNDAI MOTOR COMPANY 40 illiyini qeyd edir

Pony Hyundai üçün uğurlu başlanğıc olmadı, ancaq o böyük bir uğurun birinci addımı idi. 1988-ci ilə qədər HYUNDAI Mitsubishi texnologiyalarından istifadə edirdi. 1988-ci ildə isə hər bir detalı “Korealı” və tamamilə HYUNDAI texnologiyaları əsasında istehsal olunan ilk model, Sonata, bazara çıxarıldı. Avtomobilin dizayneri məşhur İtalyan dizayner Giorgetto Giugiaronun ItalDesign şirkəti idi. 1991-ci ildə Elantra modelini istehsal edən şirkət, Mitsubishi və Lotusun etirazlarına əsasən (Mitsubishi Elanta, Lotus  isə Elan modellərinə bənzər adın olmasından şikayətlənmişdi) bu adı bütün dünyada istifadə edə bilmədi, ancaq həm Mitsubishi, həm də Lotus uğursuz modellərinin istehsalını dayandırdı və HYUNDAI Elantra adını bütün dünyada istifadə etmə hüququnu 2001-ci ildə qazandı. 1998-ci ildə Asiya iqtisadi böhranından çıxa bilməyən KIA-nın da çox böyük hissəsinə sahib olan HYUNDAI MOTOR COMPANY bununla da istehsal gücünü artırdı.

Hazırda dünyanın 6-cı böyük avtomobil istehsalçısıdır HYUNDAI.
Pony ilə başlayan yol indi VERACRUZ ilə davam edir, HYUNDAI-ın ilk lüks avtomobili ilə. 1998-ci ildə keyfiyyət siyasətində dəyişiklik edən Hyundai, bunun nəticələrini də 2000-ci ildən etibarən toplamağa başladı, Sonata,Tucson, Santa Fe və Elantra modelləri mükafatlara laiq görüldü, Getz kiçik avtomobil sinifində dünyanın ən yaxşı avtomobili seçildi.
Hazırda ölkəmizdə də ən çox üstünlük verilən avtomobil markası olan HYUNDAI , bütün dünyada böyük səs-küyə səbəb olan Veracruz modeli ilə bu uğurunu davam etdirir.
Bugün dünyanın bir neçə ölkəsində zavodları və Araşdırma-İnkişaf mərkəzləri olan HYUNDAI yəqin ki, bu uğurunu daha da sürətlə artıracaq. Son illərdəki yenilikləri, Veracruz və yeni i (i10, i30, i40) seriyalı avtomobilləri bunu inanaraq deməyə əsas verir.

Baxılıb: 4749

Şərhlər