Sosial şəbəkələrdə yayımla

"Hyundai"nin yeni mərkəzi fəaliyyətə başladı

İyunun 24-də Azərbaycanın avtomobil bazarının lideri Hyundai Hökməlidə Hyundai Truck & Bus- Yük avtomobilləri və avtobuslarının Servis Mərkəzinin tanıtım mərasimi keçirildi. Məlumdur ki, adı çəkilən departament Hyundai-ın 1995-ci ildən ölkəmizdəki rəsmi distribyutoru Hyundai Auto Azerbaijan MMC-nin nəzdində 2003-cü ildə açılmışdır. 2008-ci ildə isə bu departamentin satış həcmi 602 ədədə çataraq, ölkə üzrə yüngül və orta tonnajlı yük maşınları və avtobusları bazarında 2-ci yerə yüksəlmişdir. Hyundai  Truck & Bus şourum və servis mərkəzi ölkə paytaxtını digər bölgələrlə birləşdirən əsas yollardan birinin üzərində, strateji cəhətdən əlverişli ərazidə yerləşir və onun ümumi sahəsi 3,5 hektardır.

Tanıtımda 100-ə yaxın şirkətin nümayəndələri iştirak edirdi. Tanıtım mərasimində Hyundai Truck & Bus departamentinin müdiri Emil İsmayılov çıxış edərək bütövlükdə Azərbaycanın avtomobil bazarının lideri Hyundai və ayrılıqda Hyundai Yük maşınları və avtobusları departamentinin fəaliyyəti haqqında ətraflı məlumata əsaslanan çıxış edti. Şirkətin fəaliyyətini əks etdirən prezentasiya nümayiş edirildi və Hyundai Truck & Bus şirkətinin 10 ən böyük müştərisi sayılan şirkətlərə xüsusi mükafatlar təqdim edildi. Qeyd etmək lazımdır ki, tanıtım mərasiminə qatılan bütün şirkətlərə, eyni zamanda, Hyundai Truck & Bus Servis Mərkəzində 2009-cu ilin sonuna qədər endirim ediləcəyini təsdiq edən sənədlər verildi. Tanıtım Mərassiminə toplananlar yeni Servis Mərkəzini gəzərək buradakı müsir avadanlıqlar və iş prinsipləri ilə də yaxından tanış ola bildilər.

Baxılıb: 5619

Şərhlər