Sosial şəbəkələrdə yayımla

“IKEA”nın yeni “bookbook”u

"IKEA" şirkəti, Sinqapurun "BBH Asia Pacific" agentliyi ilə birgə yeni kataloqunun reklam çarxını təqdim edib. Reklam çarxında "IKEA", müasir zamanda insanların çox az kitab oxumasına diqqət çəkərək, rəqəmsal texnologiyaya ironik münasibət bildirib. Ona görə də şirkət, adi kitab – kataloqunu digital – məhsul kimi təqdim edib. 
Yeni kataloqu kreativşiklər "bookbook" adlandırırlar. "IKEA”nın reklam kampaniyası artıq Sinqapur və Malaziyada start götürüb. Hər il şirkət, 28 dildə 200 milyondan çox kataloq çap etdirir.
 

Baxılıb: 3344

Şərhlər