Sosial şəbəkələrdə yayımla

İki səhv... vəya... Kitabı tərsdən oxumaq...

Bu yaxınlarda vacib bir məqam diqqətimi çəkdi: "nəzəriyə vs. praktika" fenomenin dünyadakı anlamı ilə Azərbaycandakı anlamı arasında fərqlər var. Hər şey kimi bu məsələdə də Azərbaycan analoqu olmayan bir nöqtədədir. Belə ki, əksərən ədəbiyat deyilən mövhum və dolayısıyla onun formalaşdırdığı nəzəriyə yerli mütəxəssislər tərəfindən qələmə alınır. Amma bu mütəxəssislər ya təcrübənin dərinliklərinə bələd olmayan "universitet adamları" olur. Ya da, bələd olduğu dərinliklərin oxucu və xüsusilə tələbə üçün təhlükəli dərəcədə dərin olduğunu düşündüyü üçün nisbən səthi tərəfdən yanaşır. Dolayısıyla işin gedişatındakı həssas məqamları kitablarda tapmaq olmur. 

Bax, Azərbaycanda isə buna hələ var. Bizim ilk problemimiz yerli ədəbiyatın varlığıdır... Daha doğrusu yoxluğu... Beləcə, dünyanın inkişafda bizə örnək olması gərəkli ölkələrində ümumi dəst-xətt təcrübi istiqamətlə uyğun olsa da, sadəcə nəzəri biliklər tam efektivlik təmin etmir. Azərbaycanda isə ədəbiyat ümumiyətlə ixrac edildiyi üçün (oxu – olmadığı üçün) heç dəst-xəttdə belə uyğunluq olmur. Ona görə işin məğzini bilməyənlər Trouta və Kellerə aldanıb işdə bir addım geri qalır. 

Həə... Bəs onda oxumayaq mı?  Oxuyaq! Amma düz oxuyaq! 

Hələ işləməyə (Türkiyədə) başlamadan öncə məndən yaşca xeyli böyük bir dostum işdəki vəziyəti soruşdu. O vaxt ən böyük şikayətim öyrəndiklərimi tətbiq edəcək bir mühitin olmamasıydı. Uzun illər müxtəlif şirkətlərdə işləmiş, həm də doktoranturasını uğurla davam etdirən biri olduğu üçün mənə nəzəriyə ilə tətbiqin çox da uyuşmadığını və xüsusilə nəzəriyəyə aludə olanların tətbiqdə geri qaldıqlarını sübut etməyə çalışdı. Vaxtilə şirkətin onu bir seminara göndərdiyini və dərsi keçənin bir doktorant olduğunu dedi. Bu müəllim müxtəlif kiçik və orta ölçülü şirkətlərin çox da savadlı olmayan (özü istisna olmaqla) kadrlarına marketinqi anlatırmış – 4P, SWOT vs. Gördüm ki, kitabların içində it-bat olmuş bu müəllim tələbələri ilə şirkət nümayəndələrini səhv salıb. 

Bax, o an incə məqam işə düşdü. Bəli 4P, bəli SWOT, hətta marketinq strategiyası... Amma bu şəkildə yox! əgər biraz savadlı müdir 4P-ni eyni prinsiplə işləyən şirkətinə adaptə edə bilirsə, yaxşı nəzəriyəçi də bunu edə bilməlidir. əks təqdirdə, "bu adam hoş konuşuyor ama, boş konuşuyor" kimi bir möhür elə seminarın 10-cu dəqiqəsindəcə vurulmuş olar. 

Yəni kitabları dik yox, düz/doğru/səhmanlı oxumaq lazımdır. Nə tərsdən qəbul etmək, nə də yazılanları Quran ayəsi yerinə qoymaq...

Bax bu məqamda nəzəriyə tərəfdarı iddia edir ki, "siz nəzəriyədən xəbərsiz olduğunuz üçün və tətbiq emədiyiniz üçün geri qalırsız", tətbiq tərəfdarı isə deyir ki, "bu işi ancaq kitab oxumaqla görmək olmaz, gəl gör nə əziyətlər çəkirik sahədə"...

İkisi də düz deyir, ikisi də səhv deyir!

İkinci səhv isə elə birincidən doğan, yenə Azərbaycana xas və yenə analoqu olmayan bir səhvdir. Tətbiq içində olan, dünya praktikasındakı gözəl marketinq fəndləri və üsullarından xəbərdar olan "Azərbaycan səviyəsini aşmış" marketinqçilərin ortaq dərdi – "bizdə niyə filan yoxdu", "bizdə niyə kreativ azdı", "o niyə mövqeləndirmə etmir" vs. vi. 

Dərd orasıdır ki, bu məsələdə təcrübə də kömək etmir. Deyəsən, əksinə insanlar təcrübə yığdıqca daha da həvəslənirlər və şikayətlənirlər. Amma marketinqdə üç cümlə artıq bilmək hər şeyin ən gözəlini və inkişaf etmişini tələb etmək demək deyil. İstər-istəməz müxtəlif video paylaşma saytlarında (yutub and co.) dünyada nə reklamlar çəkildiyin görəndə, marketinq jurnallarında dünya şirkətlərinin hansı üsulları və kanalları yoxladığını görəndə Azərbaycanda reklam agentliyinin "çap bürosu"na çevrilməsinə görə təəssüflənməmək və dərin bir "Ah" çəkməmək olmur. Amma... Bu reallıqlarla barışmağa əngəl deyil.

Bu məsələni çox da uzatmağa ehtiyac yoxdur. Bircə məsələni unutmaq lazım deyil ki, bazar iqtisadiyatında tələb və təklif hər zaman taraz olmalıdır və olacaq da. Bəlkə tələbin olmadığı amma yerinin göründüyü bir məqamda təkliflə ortaya çıxıb "innovator" adlanmaq olar. Amma bu da tələb üçün zəminin hazır olmasına çox bağlıdır. Hadisələri qabaqlamaq və "ölkə marketinqin qeydinə qalmaq" heç kimin nə məsuliyəti, nə də imkanları daxilindədir. 

Nə idealizm, nə xəyalpərəsətlik, nə pessimizm... Realizm...

Baxılıb: 5076

Şərhlər