Sosial şəbəkələrdə yayımla

İKT SEKTORUNDA YENI XƏBƏRLƏR INTERNET-SAYTI

İnformasiya kommunikasiya texnologiyaları (İKT) üzrə İnformasiya mərkəzi www.e-azerbaijan.az internet-saytının yaratmışdır. Bu internet-saytda informasiya kommunikasiya texnologiyalar sektoru haqqında xəbərlər, təhlillər, İKT liderlərinin müsahibəlri yerləşdirəcəkdir. E-Azerbaijan.az internet-saytının yaradılmasında məqsəd İKT sektoru üçün milli informasiya resursunun yaradılmasıdır. 
Qeyd etmək lazımdır ki, indiyədək Azərbaycanda İKT sektorunda milii və beynəlxalq təcrübəni bir araya gətirən informasiya resursu yoxdur. Məhz buna görə, İKT İnformasiya mərkəzi www.e-azerbaijan.az layihəsini reallaşdırmışdır. Yaxın gələcəkdə www.e-azerbaijan.az  internet-saytının digər dillərdə də versiyaları hazırlanacaqdır. Bu internet-saytda  Elektron Azərbaycanın inkişafı naminə dövlət, özəl və ictimai sektorların İKT  sahəsində informasiya inteqrasiyası modeli həyata keçiriləcəkdir.    

Baxılıb: 4630

Şərhlər