Sosial şəbəkələrdə yayımla

İlk görüş

22 dekabrda dəyirmi masa formatında, şərti olaraq məclis-i mak.az adlandırılan və Azərbaycanlı marketerlər üçün təşkil olunmuş görüş keçirildi. Görüşdə əsasən mak.az internet səhifəsində yerləşən Forumun üzvləri iştirak edirdi. Ölkənin qabaqcıl şirkətlərinin (Azercell, Hyundai, P&G, Embawood, Catel, BM Group, Ultra, MSM, Avirtel, Metak, Eksluziv Medya, PeopleBrand, Mr.Fix, Xazar portalı, TC center) marketerləri ilə yanaşı Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyyətinin sədri, Qafqaz univesitetinin akademik heyyətindən üzv və marketinq üzrə təhsil alan tələbələr də bu görüşə qatılmışdılar.
Marketinqdə yalan, İnternet reklam, Bazar araşdırmaları, Qeyri ənənəvi marketinq kimi bir sıra maraqlı mövzuların müzakirə olunduğu məclis 3 saata qədər davam etdi. Çox aktiv müzakirə və debatlara səbəb olan məclisin sonunda iştirakçılar tərəfindən təklif olundu ki, bu tip məclislər davamlı təşkil olunsun və əhatə dairəmizi daha da genişlədək.

Biz isə öz növbəmizdə Mak.az online jurnalın komandası adından bütün iştirakçılara və qonaqlara öz minnətdarlığımızı bildirir və ümid edirik ki, tərəfimizdən təqdim edilən bütün təşəbbüslərə bu dəfəki, kimi fəal yanaşacaq və öz köməyinizi əsirgəməyəcəksiniz. 

Hörmətlə,
Mak.az


   





 

 

 


 


Baxılıb: 4070