Sosial şəbəkələrdə yayımla

“Instagram” videoları artıq 1 dəqiqəlik olacaq

“Instagram” bu il istifadəçilərinə çoxlu dəyişikliklər vəd edir. Dəyişikliklərdən birincisi videoların davam etmə müddətinin bir dəqiqəyə qədər artırılmasıdır. 
Son yarım ildə “Instagram” sosial şəbəkəsində 40% daha çox video izlənilir. Daha uzun videolar o deməkdir ki, məşhur bloqqerlər daha maraqlı kontentlər paylaşa biləcəklər. IOS istifadəçilərinə bir neçə klipdən ibarət bir video çarx  hazırlamaq imkanı da veriləcək. Yeni funskiya bir neçə ay ərzində istifadəyə veriləcək. 
Fevral ayından “Instagram” videolarına sayğac da yerləşdirilib. Yeni funksiya sayəsində yalnız baxışların sayını deyil, həmçinin “like” və şərhlərin sayını da görmək mümkündür. 
 

Baxılıb: 3178

Şərhlər