Sosial şəbəkələrdə yayımla

İntel Azərbaycandan noutbukun yığılmasını öyrənməyi tövsiyyə edir

Qazaxıstanın noutbuk quraşdırıcıları öz Azərbaycanlı kolleqalarından nümunə götürməlidirlər. Bu sözləri, İntel şirkətinin Orta Asiya və Qazaxıstan nümayəndələri, İntel-in partnyor marketinq proqramıının iştirakçılarının konfransında söyləyiblər.
«Hazırda dünya daha çox mobil həyat istiqamətində hərəkət edir»- «Intel Technologies Inc.» korporasiyasının Qazaxıstan, Orta Asiya və Zaqafqaziyada nümayəndəliyinin rəhbəri Dmitri Kisel hesab edir. «Biz təxmin edirik ki, 2009-2010-cu illərdə stolüstü kompüterlərin və noutbukların satış həcmi bərabərləşəcək, buna görədə, biz Qazaxıstanda personal kompüter və noutbuk quraşdırıcılarının fəallığını gözləyirik. Xüsusi ilə bu, noutbuk yığanlara aiddir – bu istiqamətdə milli şirkətlər hələ çox işlər görməlidir», - deyə, o Intel Channel Day konfransında bildirib.
Qazaxıstanda iki noutbuk şirkət mövcuddur – bu Logycom və «EyçSi» şirkətləridir. Lakin onların məhsullarına əhali tərəfindən üstünlük verilmir, buna görədə, Qazaxıstanda satılmış noutbuklar arasında, milli istehsal olanlar çox azdır. Təəssüf ki, bu fakt mövcuddur: hazırda onların məhsulu nə qiymətinə, nə keyfiyyətinə, nə də dizaynına görə rəqabət apara bilmir. 
Avropa, Orta Şərq və Afrikanın digər ölkələrini nümunə kimi götürsək, məsələn Azərbaycanı, burada noutbukun yığılması üzrə vəziyyət daha maraqlıdır. Ultra şirkətinin brendi altında noutbuklar əhali arasında çox tanınmışdır və bir neçə ildir ki bazarda mövcuddur.
«İntel şirkəti ilk olaraq Ultra şirkəti ilə işləyirdi və buna görədə yüksək ehtimalla bu şirkətin milli bazara öz məhsulunun çıxarılması istiqamətində fəaliiyyətini uğurlu hesab edə bilərik. Bundan əlavə, təxmin edə bilərəm ki, Ultra noutbukları Azərbaycanda, digər bir neçə dünya brendlərindən daha məhşurdur»- deyə Dmitrii Kisel söyləyib.
İntel-in MDB ölkələrində OEM (Original Equipment Manufacturer – müstəqil avadanlıq istehsalçısı) ilə iş üzrə direktoru Kirill Tokarevin sözlərinə görə, bütün problem bir qədər düzgün olmayan marketinq siyasətindən ibarətdir: «Məsələn, Azərbaycanda Ultra şirkəti öz noutbuklarının təhsil sisteminə fəal surətdə tətbiqi ilə fəaliyyətə başladı. Bunu Qazaxıstanda da həyata keçirmək olar – təhsil departamentləri, banklar və digər qurumlarla razılığa gəlmək. Lakin ilk növbədə, Qazaxıstan noutbuklarına güclü, yaxşı tanınmış brend lazımdır. Və əlbətdə ki, onun inkişaf etdirilməsi üçün daim sərmayə qoyulmalıdır». Bu barədə www.cnews.kz xəbər verir.

 

Baxılıb: 4251

Şərhlər