Sosial şəbəkələrdə yayımla

İntellektual proqram təminatına həsr olunmuş seminar keçirilmişdir

Seminarın məqsədi barədə iştirakçılara məlumat verən R.İ.S.K şirkətinin rəhbəri A. Alıquliyev bildirmişdir ki, Business Objectsin məhsulları əsasında digər şirkətlərə proqram təminatı xidməti göstərən R.İ.S.K əlaqələri daha da genişləndirmək niyyətindədir. R.İ.S.K tərəfindən hazırlanmış maliyyə hesabatları və planlaşdırma, əməliyyat hesabatlarının ifadə olunması, risklərin idarə edilməsi və rentabelliliklə əlaqədar proqramlar haqqında ətraflı məlumat verilmişdir.

Business Objectsin Rusiya və MDB ölkələri üzrə meneceri G. Jukov korporasiyanın son innovasiyaları, hazırlanmış texnologiyaların inkişaf perspektivləri, Azərbaycan bazarında həyata keçiriləcək planlar haqqında danışmışdır. Azərbaycan bazarının perspektivlərini xüsusi qeyd edən G. Jukov, R.İ.S.K şirkəti ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirmişdir.

Qurumun satışı dəstəkləmə üzrə regional meneceri Florian Hamon Business Objectsin informasiya-biznes proseslərinin idarə edilməsindən maksimum mənfəət əldə olunmasına istiqamətlənmiş proqram məhsulları barədə ətraflı məlumat vermişdir.

Baxılıb: 3383

Şərhlər