Sosial şəbəkələrdə yayımla

İNTERNETDƏSİNİZ YOXSA...?

Internetsiz bir gün təsəvvür edin...
Bunu təsəvvür belə etmək mümkün deyil, razısınız? Bütün biznes komunikasiyalarınız, dostlarla əlaqələriniz, məlumat mənbələriniz, xəbərlər, bloqlar, forumlar və digərləri netdə cəmləşib. Bir gün net  olmayanda iş prosesinizi yadınıza salın, sanki hər şey donub qalır. Bu gün internetdən yazmıram, onun imkanları və vacibliyi artıq aksiyomadir. Bəs e-dünyadan bizim marketoloqlar nə dərəcədə effektiv nəticə əldə edirlər? Mənə bir məlumat lazım olanda düşünmədən google yazıram və gerisi aydındır, istədiyimi orada tapıram. Amma bunu Azərbaycanla bağlı məlumatlara aid edə bilmirəm. İnternetdə bəzən Azərbaycan şirkətləri ilə bağlı hər hansı axtarış verib məlumat əldə etmək istədikdə məlumatın əldə olunmaması və ya ürəkaçan səviyyədə olmaması danılmaz faktdır. İstər ən böyük beynalxalq axtarış saytlarında istərsədə, Azərbaycana xas olan axtarış saytlarında bunun çətinliklə olduğu görünür. Bir neçə gün əvvəl özünü hər yerdə reklam edən bir xidmət sahəsinin veb səhifəsinə baxıb məlumat yığmaq istədim. Nəticə - sıfır. Və ənənəvi reklamları sayəsində beynimə həkk olan və adlarını spontan olaraq tanımağıma baxmayaraq onlara müraciət etmədim. Markanı tanımaq ondan istifadə olunacağına qarantiya vermir, burda bir çox emosional faktorlar var ki bir çox markalar bunları unudurlar. Emosiyalar haqda növbəti yazımda olacaq, bu gün gəlin veb2 deyilənin müştərilərə necə təsir edə biləcəyindən və ya təsir etmə yollarından danışaq. 
Son zamanlar “e-brand”, başqa sözlə desək “Web-i əldə tutmaq” anlayışı yaranıb. “Web-i əldə tutmaq” bizim saytların bir çoxlarına xas olan struktur deyil. “E-brand”-lər webdə hədəf kütləsinin gözü önündə  olması üçün hansı mərhələlər keçməlidirlər? Əgər ağlınıza daima hərəkətdə olan, rəngli, diqqət çəkən bannerlər gəlirsə, araşdırma göstərir ki bu kifayət deyil.

1985-ci ildən fəaliyyət göstərən Japan Information Web Search Center ( Beynəlxalq aləmdə JİN – Japan Information Network  kimi tanınan)  veb səhifənizin çoxluq tərəfindən ziyarət edilməsi və e-brand olunmasının bir neçə yollarını göstərmişdir. Təbii ki, bu metod Toyota, www.ebay.com www.christies.com kimi tanınmış şirkətlərin istifadə etdiyi metodlarıdır. Bu sahədə JİN tətbiq etdiyi 6 şərti sizinlə bölüşmək istərdim:

1. Search Engine Optimization (SEO) .Saytınızın axtarış mühərrikinin sürətlənməsi,  Web səhifənizin başlığı, saytın daxili strukturu ilə bağlı sözlər, sizin üstünlükləriniz, rəqiblərinizdən fərqləndirən əsas sözlərdən istifadə edərək axtarış zamanı digərlərindən ön sıralarda görünə bilərsiniz. İstifadəçilər məlumat axtararkən əsasən çıxan ilk səhifədəki nəticələrə baxırlar, növbəti səhifələrdə çıxan nəticələrə isə çoxlarını maraqlandırmır. Bu zaman isə potensial müştəriniz sizin səhifədə nə qədər çox vaxt keçirməsi, onda yaranan təəsüratlar, etibarlılıq, və nəhayət onu inandırmaq düşür veb səhifənizin öhdəsinə.

2. Pay Per Click (PPC) vəya Paid Search. Tıklama vasitəsiylə reklam vəya yahoo, google, msn kimi axtarış və danışıq saytlarında sizin səhifənin mövzusuna aid olan sözləri axtarışa verən zaman səhifəniz “sponsor link” kimi görünür. Nəzərə alsaq ki, internet istifadəçilərinin 35%-i netə qoşularkən minimum 1-2 saat istifadə edirlər, bu saatlar ərzində sizin linklər istifadəçilərin gözü önündə bir neçə dəfə peyda olur

3. Qısa ad qaydası- səhifənizin adını mümkün qədər qısa edin.
- ad qısa olmalıdır, və ya qısaltma da ola bilər: misal üçün; Computer Network yerinə CNET.com işlətmək olar
-ad sadə olmalıdır: misal üçün JİN fikirlərinə görə mak.az-la müqaisədə azmarketinq.com ebrand olması üçün effektiv deyil. 
- ad qısmən də olsa bənzərsiz olmalıdır. 
- ad rahat tələffüz edilə bilən olmalıdır: day.az, evim.az, mak.az  və sair.

4. E-mail vasitəsiylə tanınmaq. Saytınızın “ e-mailinizi  elavə edin” bölməsindən əldə olunmuş e-maillərə 2-3 gündən bir (ən çox 5 gündən bir) qısa məlumatxarakterli informasiyaların göndərilməsi sizin daima hədəf kütlənizin gözü önündə olmanıza kömək edir. Əgər veb səhifənizin bu bölməsinə e-mail eləvə az olarsa e-mailləri kənardan cəlb etmək olar; tanışlar və ya biznes netvorkinq zamanı əldə etdiyiniz kontaktlardan istifadə edə bilərsiniz. Əsas məqsəd istər sizin səhifəylə, istərsə də nümayəndənizlə ilk tanışlıqdan sonra davamlı olaraq müştərilərin gözü önündə  olmaqdır. Mesajların e mail vasitəsiylə  SPAM olaraq dəyərləndirilməməsi üçün hər bir İT tədbirinin aparılması mütləqdir.

5. Affilate Programs (AP). Bir çox hallarda adi bannerlər heç də gözlənilən nəticəni vermirlər. İnternetdə mütləq ənənəvi reklam yerləşdirməkdən çox yaxın sahəli istifadəçilərin bir birini “örtülü reklam” etməsi mütləqdir. Araşdırmaya görə internet istifadəçilərinin 26%-i internetdə olan reklamlara fikir verirlər. Etibarlılığa gəlincə isə bu göstərici 9% təşkil edir. Ona görə də marketinq strateqiyanızı və büdcənizi hazırlayarkən qeyri ənənəvi yollardan da istifadəyə diqqət edin.

6. Reklam qaydası. İnternet interaktif olduğundan insanların reklamlardan asanlıqla canlarını qurtarmaq ehtimalı böyükdür. Bunun üçün yalnız internetdə yerləşdirdiyiniz bannerlere guvenmeyin. Unutmaq olmaz ki, reklamla internetdə heç zaman e-brand olmaq olmaz. E-marka olmaq üçün insanların daha əvvəl heç yerdə eşitmədikləri, oxumadıqları informasiyanı, məhsulları, xidmətləri təmin edin. Ebay yadınıza salın. Başqa satış səhifələrindən fərqli olaraq ebay.com – hər şey tapmaq olar. Buna görə də online shopping deyəndə ilk ağıla gələn ebay.com olur.
Bəzən veb səhifənin müştəri cəlb olunması və ya müştəriləri əldə saxlamaqda oynadığı rolu unudurlar və bu sahəyə soyuq yanaşırlar. Artıq ənənəvi media reklamları insanları çox yorub və hamı mümkün qədər beyinlərini yoran məlumatları özlərindən kənarlaşdırır. Ona görə də çalışın marka imicinizdə vebin oynadığı rolu artırın və düzgün istiqamətdə istifadə edin.

Baxılıb: 4015

Şərhlər