Sosial şəbəkələrdə yayımla

İrina Paşina: "Sosiallaşmaq, sosial mediadakı müzakirələrdə dominantlıq etmək deyil"

Azərbaycan marketinq icması aprel ayında dünya səviyyəli bir tədbirdə iştirakı səbrsizliklə gözləyir. P World tərəfindən təşkil edilən və tərəfdaşı olduğumuz Marketing Kingdom-un introsu bizi böyük gözləntilərə sövq edir. Tədbirdə sosial media, istehlakçı marketinqi, rəqəmsal marketinq və reklam daxil olmaqla qlobal marketinq dünyasının ən son tendensiyalarını araşdırılacaq. Spikerlər isə dünyanın aparıcı şirkətlərindəndir: London Olimpiya Oyunları, Microsoft, Coca-Cola, Novartis, və Yahoo!. SAP-ın Marketinq Lokallaşdırması üzrə Meneceri (Marketing Localization Manager) İrina Paşina spikerlər arasında önəmli fiqurlardan biridir. Xanım Paşina ilə müsahibəmizdə bir çox maraqlı mövzulara toxunduq.

 

İrina, zəhmət olmasa bizə Marketing Kingdom Baku`dakı çıxışınız barədə danışardınız. Çağırışınız 3 hissədən ibarətdir - lokallaşaq, sosiallaşaq və mobillənək?

Elədir ki, var. Sosial, lokal və mobil olmaq bugün həyatımızın bir çok aspektində önəmlidir. Artıq bu üç məqam paralel addımlayır. Üstəlik, biz də iş və işdənkənar həyatımızda bu üç faktorun önəmini artıracaq addımlar atırıq. Belə ki, hər şeydən öncə müştərinin davranış və seçimləri lokal faktorlar əsasında müəyyənləşir. Dünya əhalisinin milyarddan çox hissəsi sosial şəbəklərin istifadəçisidir və bu onlara istədikləri brendi ucaltmaq və çökdürmək gücünü verir. Mobil vasitələr isə artıq söhbətləşmək, əlaqələr qurmaq və bir araya gəlmək üçün prioritet mövqedədir. Onlar eyni zamanda biznesin inkişafında müstəsna rola yiyələniblər. Bütün bunlar mənim çıxışımın mahiyətini təşkil edəcək. Belə demək mümkünsə SoLoMo pradagimasını daha yaxşı qavramaq və işlərimizin inkişafında istifadə etmək üçün fürsət eldə edəcəyik.

Sizcə şirkət üçün müştərisinə təmas etməyin ən effektiv yolu hansıdır?

Sosiallıq, lokallıq və mobillik müasir dünyamızı formalaşdırır. Bugün müştərisiylə təmas qurmaq istəyən şirkətlər üçünü də nəzərdə saxlamalıdır. Mən bu yerdə inteqrasiya edilmiş yanaşmanın tərəfindən çıxış edirəm: lokal qaydalara riayət edərək mobil vasitələrlə sosiallaşsınlar. Təbii ki, bu görüləcək işlərin sinxron olması və davamlılığı vacib şərtlərdir.

Şirkətlərin sosial mediadan istifadələrin səhvləri də olmamış olmaz...

Təbii ki. Başlıca səhv sosiallıq mövhumunu yarımçıq qəbul edərək mesajların tam nəzarəti mövqeyindən çıxış etməkdir. Artıq hədəf auditoriya ilə müzakirələr aparmaq və onlarla dialoqa keçmək zəmanəsidir. Əlavə olaraq, səmimiyət vacibdir. Çox vaxt şirkətlərin istehlakçıya yaxınlaşmasında bunu görə bilmirik. Araşdırmalar da göstərir ki, istehlakçılar məhsullarını satın aldıqları şirkətlərin sosiallığı və bunu edərkən sərgilədiyi dürüstlük və şəffaflıqla maraqlanır. Sosiallaşma cəhdlərinin "insani toxunuş"a sahib olmasının önəmi getdikcə artmaqdadır. Bununla yanaşı, bir çox şirkətin nəzərdən qaçırdığı rəyləri dinləmə faktoru da var. Bəzən bu müzakirəyə girişməkdən dəyərlidir.

Mobil marketinq böyüməkdə davam edir. Sizin bu barədə də tövsiyələrinizi eşitmək maraqlı olardı...

Belə demək mümkünsə mobil cihazlarla əhatə olunmuş dünyada yaşayırıq. Diqqət edək, mobil vasitələr daha çox sosiallaşmaq, informasiya axtarışı və satın alma üçün istifadə edilir. Bu isə o deməkdir ki, mobil vasitələr şirkətlərin öz müştərilərinin satınalma davranışlarına təsir etməsi üçün geniş imkanlar yaradır. Bir araşdırma deyir ki, mobil saytların istifadəçiyə faydalı (user friendly) olması smartfon istifadəçilərinin 2/3`ini həmin şirkətin məhsul vəya xidmətlərini satın almağa həvəsləndirir. Bu o deməkdir ki, mobil cəhətdən istifadəçiyə yararlı olmaq uğur üçün önəmli faktora çevrilir. İstehlakçının mobil cihazlar vasitəsilə sizi tapması, saytınızda informasiya axtarması və alış prosesi maksimum sadələşməlidir. Eyni zamanda, ənənəvi mediadakı tanıtım kampaniyasına mobil cihazlarda reklam işlərini də əlavə etmək lazımdır.

SAP-da marketer olmağın digər şirkətlərdəkindən nə fərqi var?

Məncə, SAP sosiallığın gücünü dərk etmiş bir şirkətdir. Burada, sosial şəbkələr və effektiv digər saytlardakı müzakirələrə lazımi dəyər verilir. Bu özünü danışılanlarları nəzarətə götürmək əvəzinə, dinləmə və narazıları şirkətə qazandırma yanaşmasında göstərir. Bu yerdə çəkmə marketinqi (pull marketing) ifadəsini yada salmaq istərdim. Bu siyasət hədəf auditoriyanın şərtlərini nəzərə alaraq onların olduğu yerdə əlaqəni yaratmağa yönəlir.  Məqsəd müzakirələrdə dominantlıq qurmaq yox, kurasiya etməkdir. Bundan əlavə, markanın "insaniləşdirilməsi" önəmli fokusumuzdur. Bugün hədəf auditoriya ilə kontakt qurmaq üçün insani toxunuş və yanaşma vacibdir.

Daha öncə Bakıda olmusunuz? Tədbirdən gözləntilərini bizimlə payalaşardınız...

Heyf ki, olmamışam. Marketing Kingdom təcrübəsinə qoşulmaq və belə dinamik inkişaf edən bir ölkəni ziyarət etmək həyəcənlandıran məqamlardır. Tədbirin yeni marketinq təcrübələrinin əsasını təşkil edən yeni trendlərin, innovasiyaların, ideyaların  paylaşılması üçün və ekspertlərin müzakirələri üçün əla platforma olacağına inanıram. Bundan əlavə, yerli marketinq icması və ekspertləri ilə təmas qurmaq və qarşılıqlı faydalı görüşlər keçirmək üçün də fürsət olaraq görürəm.

Tədbir haqda daha ətraflı məlumat və qeydiyyat üçün linki tıklayın: http://www.thepworld.com/pevents/event/43/marketing-kingdom-baku

Baxılıb: 2105

Şərhlər