Sosial şəbəkələrdə yayımla

İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim olundu

Bakıda 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının loqosu və brendi təqdim olunub. Loqo İslam dövlətlərini tarixi, irsi və mədəniyyətini özündə birləşdirir. 
Brenddə islam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə olunub. Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq, idman növləri ilə eleqant şəkildə birləşdirilib. 
İslam Həmrəyliyi Oyunları 2017 İlkin loqotipi və şüarı 2013-ci ilin may ayında təşkilat komitəsi tərəfindən hazırlanıb. Yarışmanın şüarı "Həmrəylik bizim gücümüzdür"seçilib. İlkin loqotipdə isə ornamentlər Azərbaycan bayrağı rənglərində təsəvvür olunub. 
 
 
 
 
 
 
 
 
 
 

Baxılıb: 4333

Şərhlər