Sosial şəbəkələrdə yayımla

Kinder sözünü Almaniyada bütün şirkətlər istifadə edə bilər

1972-ci ildən Kinder Surprise brendi adı altında fəaliyyət aparan Ferrero şirkəti Haribo və Zott şirkətlərini məhkəməyə vermişdir. Buna səbəb qeyd olunan şirkətlərin öz məhsullarınən adlandırılması zamanı "Kinder" sözündən istifadə etməsi olmuşdur. Ferrero şirkəti bunun onunla izah etmişdir ki, bu sözün cəmiyyət arasında daha da populyarlaşması üçün onlar daha çox investisiya qoymuşlar.
Məhkəmənin qərarı Ferreronun iddiasını rədd edir, belə ki, məhkəmə Ferreronun öz dizayn və adını müdafiəsinə dəstək verir lakin "kinder - uşaqlar almanca" kimi ümumişlək sözlərin özəlləşə bilməyəcəyini qeyd edir.
Ferreronun mübarizəsini davam edəcəyi gözlənilir.

Baxılıb: 5126

Şərhlər