Sosial şəbəkələrdə yayımla

«Kür» zavodu sentyabr ayından etibarən Azərbaycanda ilk dəfə olaraq, yeni telefonların istehsalına başlayacaq

«Kür» MMC-nin direktoru Rizvan Osmanov «APA-Economics»ə bildirib ki, yeni stasionar çoxfunksiyalı telefon istifadəçilərə əlavə xidmətlər göstərə biləcək. Bu telefon 100-ə yaxın telefon nömrəsini yaddaşında saxlaya, gələn zəngləri müəyyənləşdirə, yığılmış zəngləri göstərə biləcək. Bununla yanaşı, gələn aydan müəssisədə bu telefondan daha üstün xüsusiyyətləri ilə fərqlənəcək radiotelefonların da istehsalına başlanması planlaşdırılır.
Qeyd edək ki, hər iki telefonun istehsalı zamanı Çindən idxal olunacaq detallardan istifadə ediləcək. Bununla bağlı artıq Çin tərəfi ilə müvafiq müqavilə bağlanma ərəfəsindədir. Zavod ilkin olaraq, 10 min telefon aparatı istehsal edəcək ki, onun 5 mini radiotelefon, 5 mini isə çoxfunksiyalı telefon olacaq. «Kür»ün istehsal etdiyi sadə telefonun bazasında yığılacaq yeni çoxfunksiyalı telefonun Azərbaycanın daxili bazarında satılması nəzərdə tutulur. Radiotelefonların isə sertifikatlaşdırmadan sonra xaricə ixrac edilməsi planlaşdırılır.

/APA-Economics/

Baxılıb: 5098

Şərhlər