Sosial şəbəkələrdə yayımla

Kral öldü, yaşasın kral!

Nəhayət baş verdi! Avtomobil dünyasının "kimyası"ndakı dəyişikliklər rəqəmlərə də əks olundu.

Sektorun ürəyi Detroytdakı eniş illərdir davam edirdi. Chrysler (Kraysler) özünü "Daimler-Benz"ə calaşdırdıqdan sonra çökməkdən xilas olsa da, almanlar bu "izdivac"da istifadə olunan tərəf olduğunu anlayıb 2007`də amerikanlardan "qurtuldu".

General Motors və Ford Fortune (Forçun) jurnalının illik hesabatında neçə ildir zərər açıqlayır. Bir zamanlar dünyanın ən böyük iki avto istehsalçısı olan nəhənglər hər il geriyə doğru gedir. Qlobal maliyə böhranı isə geniş istifadə olunan deyimlə ifadə edəsi olsaq "alova biraz da yanacaq əlavə etdi". Beləliklə, 2008-in rəqəmləri açıqlandı və nəhayət "Toyota" uzun müddət yaxın izləmədən sonra "General Motors"u ötdü.

əslində bu 2007`dəcə baş verməliydi. Amma "General Motors" 9.369.000-9.366.000 hesabıyla – 3 min fərqlə qalib gəldi. Bu mübahisəli rəqabətdə fərqli mənbələrdə fərqli nəticələr elna edilsə də, nəticə etibarilə "Toyota" aşkar üstünlüklə liderliyi ələ keçirmək üçün 1 il daha gözləməli oldu. 2008-də hər iki nəhəngin satışları bir il öncəsinə nisbətdə enib. Amma GM-in itkisi 1 milyonu keçibsə - 8.356.000 ədəd, "Toyota" 3,5 faiz itki ilə satış edib – 8.972.000 maşın. Beləcə 600 minlik nəhəng fərq ilə "Toyota" 2008-ci ilin ən çox maşın satan firması oldu. Özü də bu rəqəmlər demək olar iki marka - "Toyota" və "Lexus"un (Leksus) satışları ilə əldə olunub. Digər tərəfdə isə GM-in geniş portfeli var – Chevrolet (Şevrole), GMC, Saab, Opel, Hummer (Hammer), Buick (Buik) vs. Amma çi-fayda! Bir çox marka sadəcə ziyan vemrəklə məşğuldur.

Madam ki, "Toyota"nın qələbəsi şərəfinə" belə bir yazını qələmə aldıq, əlavə edək ki, Fortune Global 500 siyahısına baxdıqda, bir zamanlar lider olan For Motors-un Volkswagen tərəfindən keçilmə təhlükəsi nəzər çarpır – 172,5 milyon dollar - Ford, 149 milyon dollar  - Volkswagen. Halbuki 2 il öncə fərq 60 milyon dollar idi.

Beləliklə avtomobil dünyasında amerikanların enişi, başda yaponlar – Toyota, Honda və Nissan olmaqla "qıyıqgözlər"in yüksəlişi davam edir. Almanlar isə itirdiyi mövqeləri möveqlədirmə ilə geri qaytarmaq üzərədir.

 

Baxılıb: 4107

Şərhlər