Sosial şəbəkələrdə yayımla

Kreadiv 1 - "Marketinqin rəngi nədir?"

Nəhayət ki, Finalımız baş tutdu.

Bugün BP-nin "Bakı İşgüzar Mərkəzi"ndə Mak.az və Azərbaycan Marketinq Cəmiyyəti tərəfindən təşkil olunan yazı müsabiqəsinin finalı keçirildi. Müsabiqədə 1 ay boyunca göndərilmiş məqalələrin seçmə 10-u iştirak edirdi. Belə ki, 140 məqalə arasından seçilən top 10 məqalə sahibi tədbirdə öz yazdıqlarını canlı olaraq ifadə etdilər.
Çıxışları dəyərləndirən Juri 10-luq arasından ilk üçlüyü təyin etməli idilər. Juridə ölkəmizin qabaqcıl marketerləri, reklam və pr mütəxəssisləri iştirak edirdi.
Juridə Sinerji PR Agentliyinin rəhbəri Kamilla İsayeva, Cannes Lions Reklam Festivalının Azərbaycan Nümayəndəliyinin Rəhbəri Cahid Həsənov, AA & M reklam şirkətinin rəhbəri Məmməd Şahməmmədov, People Brand şirkətlər qrupunun rəhbəri Emin Quluzadə və Azərbaycan Marketinq Cəmiyyətinin sədri Rəhim Hüseynov iştirak edirdi.
Juri çıxışları dəyərləndirərkən bir neçə kriteriyaya əsaslanırdı, bunlar: mövzuya uyğunluq, yaradıcı baxış, suallar və təqdim etmə bacarığı idi.
Qeyd etmək lazımdır ki, qalibləri müəyyən etmək heç də asan olmadı. Belə ki, bütün cavablar həm orijinallığı həm də fərqli yanaşmalarının çox olmasına görə yüksək qiymətlərə layiq görüldülər.
Lakin jurinin son qərarı aşağıdakı kimi oldu:

1-ci YER:   İsmail Cəbiyev (Bakı Dövlət Universiteti)
2-ci YER:   Rəşad Mehbalıyev (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası)
3-cü YER:  Fəxri Eminov (Azərbaycan Dövlət İqtisad Universiteti)

1-ci yer tutmuş İsmail Cəbiyevə müsabiqənin baş sponsoru Fujitsu Siemens Computers tərəfindən notbuk hədiyyə olundu. Digər iştirakçılara isə Marketinq Cəmiyyəti tərəfindən kitab hədiyyə olundu. Bundan başqa Nexus şirkəti 3 iştirakçıya öz xusisi hədiyyəsini təqdim etdi. Explorer jurnalı isə ilk 3 yeri tutmuş iştirakçılara bir illik təmannasız jurnala abonentlik kuponu təqdim etdilər.
Tədbir üçün foto dəstəyi Fotograf.az-ın nümayəndəsi Tural Nəbizadə həyata keçirmişdir.

Bütün sponsor və təşkilatçılara təşəkkürümüzü bildirir və qalibləri bir daha təbrik edirik. 

Hörmətlər, mak.az komandası

Finala çıxan yazılar xəbərə əlavə edilmişdir.
 

   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   


Изображение

 

Baxılıb: 3218